top
Oqtay Atayev: Üzgüçülükdə yeni nəfəsə ehtiyac var idi Idman.biz
16 oktyabr 2025, 16:58
- ↺ +

Oqtay Atayev: Üzgüçülükdə yeni nəfəsə ehtiyac var idi

Azərbaycan üzgüçülüyündə baş verən dəyişikliklər İdman.biz-in diqqətindən yayınmadı. Yığmanın sabiq baş məşqçisi Rəşad Əbdürəhmanov ovun mövqeyini öyrəndikdən sonra, bu dəfə məsələ ilə bağlı fikirləri almaq üçün federasiyanın rəhbərliyinə – daha dəqiq desək, qurumun baş katibi Oqtay Atayevə müraciət etdik. Söhbətimizə komandada baş verən son dəyişikliklərdən başladıq.

- Rəşad Abdurəhmanov, yığmanın baş məşqçisi vəzifəsindən federasiyanın müşaviri postuna keçərək bildirib ki, onunla struktur arasında heç bir münaqişə yoxdur…

- Onun sözlərini yalnız təsdiqləyə bilərəm. Hətta əlavə edim ki, yeni vəzifəsi - müşavir postu əslində bir növ yüksəlişdir. O, bizə lazımdır!

- Bəs o halda niyə federasiya onu baş məşqçi vəzifəsindən azad etdi?

- O, bu vəzifədə 12 il çalışıb və bu, kifayət qədər uzun müddətdir. Artıq bizə yeni nəfəs, fərqli baxış bucağı lazım idi. Təəssüf ki, Azərbaycan üzgüçülük məktəbinin səviyyəsi hələ Avropanın aparıcı ölkələri, eləcə də dünya səviyyəsində rəqabət aparmaq üçün yetərli deyil.

- Amma o, Azərbaycan tarixində ilk dəfə MDB Oyunlarında iki qızıl medal qazanıldıqdan dərhal sonra vəzifədən azad edildi...

- Bu fakt bir daha göstərir ki, bizim Rəşad müəllimlə heç bir problemimiz olmayıb. Onun başqa vəzifəyə keçidi də hansısa neqativ hadisə ilə bağlı verilmiş ani qərar deyil. Bu, əvvəlcədən planlaşdırılmış, düşünülmüş addım idi. Bir daha vurğulayıram: məqsədlərimizi həyata keçirmək üçün bizə yeni nəfəs lazım idi. Bunun üçün isə xarici mütəxəssisə ehtiyac vardı - elə birinə ki, yerli məşqçilərlə şəxsi münasibətləri olmasın, obyektiv qərar verməkdə tərəddüd etməsin. Həm də elə birinə ki, burada öz yetirmələri olmasın və kimisə irəli çəkmək məcburiyyətində qalmasın.

Rəşad müəllimə isə bir qədər istirahət imkanı veriləcək. O, yeni strategiyamızla tanış olduqdan sonra onu böyük layihələrimizə cəlb etməyi planlaşdırırıq.

- Deyəsən, yığmada idman direktoru vəzifəsini də xarici mütəxəssis icra edir. Maraqların toqquşması ola bilərmi?

- Bəli, tam doğrudur. Sentyabrdan etibarən yığmanın idman direktoru fransız mütəxəssis Pyer Lafontendir. Biz çalışacağıq ki, maraqların toqquşması baş verməsin. İdman direktoruna bütün məşqçilər tabe olacaq, Rəşad Əbdürəhmanov isə yarışların təşkili və məşqçilər arasında koordinasiya məsələləri üzrə tövsiyələr verəcək. Onu müşavir təyin etməkdə məqsədimiz onunla yolları ayırmaq deyil. Əksinə – müxtəlif səviyyəli yarışlarda qazandığı böyük təcrübədən maksimum şəkildə yararlanacağıq.

- Amma siz yenə də onun yerinə gələcək baş məşqçinin adını demədiniz...

- Bu barədə yaxın günlərdə rəsmi açıqlama veriləcək.

Vüqar Vüqarlı

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:00

“Barselona” qarşısında nə etməli?

Futbol
Bu gün, 07:03

Manchester United qırmızı vərəqə qərarına apellyasiya verir

Futbol
Bu gün, 06:13

Bavariyada Musialanın gələcək planları və gizli görüşün detalları açıqlandı

Futbol
Bu gün, 05:07

Unai Emeri Qalatasaray’ın ən təhlükəli tərəfini açıqladı

Futbol
Bu gün, 04:14

Barselona futbolçusu Mirza Çatoviç əməliyyat olacaq

Futbol
Bu gün, 03:12

Vinisiusun PSJ-yə transferi ilə bağlı gözlənilməz açıqlama

Futbol
Bu gün, 02:40

Timoteuş Puxaç: Oyun çıxmadığı üçün kədərlidir, amma həvəsini itirməyəcək

Futbol
Bu gün, 02:29

Qalatasaray azarkeşi şir maskasında qaçan şir axtarışına qoşuldu

Qarabağ FK
Bu gün, 02:20

Qurban Qurbanov Emin Mahmudovun 10 illik milli komandadakı sabit oyununu və gedişini necə qiymətləndirir?

Futbol
Bu gün, 02:10

Brentford Evertonu dörd qol və qırmızı kartla məğlub etdi

Futbol
Bu gün, 02:03

Levante 1-1 dərəcəli Elçəyə qarşı məğlubiyyətdən xilas oldu

Futbol
Bu gün, 01:47

Varela'nın iki qoluyla Monza çempionatın ardıcıl məğlubiyyətlərinə son verdi

Futbol
Bu gün, 01:32

Çempionlar Liqasında "Sabah" – "Barselona" matçı: Flik Yamalın yoxluğu ilə, "Sabah" Kanselonun zəifliyi ilə üzləşir

Futbol
Bu gün, 01:25

Cırtdanlar arasında futbol dünya çempionatında Mərakeş-Kolumbiya görüşündə dava baş verdi

Futbol
Bu gün, 01:20

PSJ Safonovu yeni müqavilə ilə məvacibini artırmağa hazırdır

Futbol
Bu gün, 01:18

Tebas: “Hakimlərə ən böyük təzyiqi “Real” Madrid edir”

Futbol
Bu gün, 01:05

"Qalatasaray" "Aston Villa"ya, "Arsenal" Borussiya Dortmund" qarşı - YENİLƏNİR

Futbol
Bu gün, 01:01

De Bruyne keçmiş komandasına qarşı oyundan danışdı: “Mareskanı yaxşı tanıyıram”

Futbol
Bu gün, 00:45

Aston Villa, Qalatasarayla oyundan əvvəl məşqə çıxmayacaq: Səbəb ot örtüyünün pis vəziyyəti

Qarabağ FK
Bu gün, 00:42

“Qarabağ” Qazaxıstan klubundan əvvəlki məğlubiyyətin əvəzini çıxdı - FOTO

Formula 1
Bu gün, 00:31

Ferstappen Formula-1-dəki texniki reqlament problemlərinin 2030-cu ilə qədər davam edəcəyi proqnozunu verdi

Futbol
Bu gün, 00:22

İlin ən yaxşı gənc oyunçusu oldu

Voleybol
Bu gün, 00:12

“Turan”la oyun öncəsi “Skandiççi”də itki təhlükəsi

Futbol
Bu gün, 00:10

Juventus bosniyalı vingeri Alaybeqoviç üçün 40 milyon avro təklif edə bilər

Oxşar xəbərlər