Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Beynəlxalq Proqramlar Departamentinin rəhbəri Mehman Kərimov vəfat edib.
İdman.biz xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkə hesabında paylaşım ediblər.
Bildirilib ki, o, bu gün səhər saatlarında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Mehman Kərimov 2022-ci ildən MOK-un Beynəlxalq Proqramlar Departamentinə rəhbərlik edirdi. O, təşkilatda fəaliyyətinə 2010-cu ilin aprelində marketinq direktoru kimi başlamışdı.