Azərbaycan triatlon yığması 13-14 fevral tarixlərində Misirin El Qalala şəhərində təşkil olunacaq Afrika Açıq Kubokunda iştirak edəcək. Sport24.az xəbər verir ki, komanda artıq yarışın keçiriləcəyi məkana yola düşüb.
Turnir çərçivəsində təmsilçilərimiz triatlonla yanaşı, duatlon və aquatlon növlərində də mübarizə aparacaqlar.
Bu yarış beynəlxalq təcrübənin artırılması, reytinq xallarının qazanılması və mövsümün ilk startlarında idmançıların fiziki hazırlıq səviyyəsinin qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.