top
Litvintsevin Olimpiadadakı uğursuz çıxışı: Federasiyadan açıqlama Idman.biz
11 fevral 2026, 17:59
- ↺ +

Litvintsevin Olimpiadadakı uğursuz çıxışı: Federasiyadan açıqlama

Azərbaycanı təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsev İtaliyada keçirilən Qış Olimpiya Oyunları-2026-da başına gələnləri özü də tam olaraq anlaya bilmir.

Bu fikirləri İdman.Biz-ə Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova V. Litvintsevin Oyunlardakı uğursuz çıxışını şərh edərkən söyləyib.

Xatırladaq ki, fiqurlu konkisürən qısa proqramda 63,63 xal toplayaraq 29 iştirakçı arasında sonuncu - 29-cu yeri tutub. Litvintsev Pekində keçirilən Olimpiada-2022-də isə 29 idmançı arasında 18-ci olmuşdu.

Federasiya rəsmisinin sözlərinə görə, hadisələrin axarı İtaliyada uğursuz çıxışı vəd etmirdi.

"Vladimirin məşqləri çox yaxşı keçirdi. Yarışdan bir qədər əvvəl qatıldığı altı dəqiqəlik isinmə də ideal alındı. Bundan əlavə, o, mövsüm boyu kifayət qədər yaxşı çıxış edib, Qran-pri mərhələlərində proqramını təmiz yerinə yetirib. Litvintsev hazır idi, hər şey qaydasında idi. Amma bu, idmandır, belə hallar olur. Fiqurlu konkisürənimiz özü də konkret olaraq nə baş verdiyini anlaya bilmir. Ola bilsin ki, bu, çox güclü həyəcandan irəli gəldi. Bütün bunlar təsir göstərdi və təəssüf ki, bu dəfə alınmadı", - deyə federasiya rəsmisi bildirib.

O, həmçinin Vladimir Litvintsevin yığmadakı gələcəyi ilə bağlı qərarın nə vaxt veriləcəyinə də aydınlıq gətirib.

"Martın sonunda Litvintsevi dünya çempionatı gözləyir. Orada o, necə deyərlər, özünü bərpa etməli və əsl səviyyəsini göstərməlidir. Hazırda bütün diqqəti dünya çempionatınadır. Həmin yarışdan sonra isə necə irəliləyəcəyimizi müəyyənləşdirəcəyik", - deyə federasiyanın baş katibi əlavə edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Bu gün, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Bu gün, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Bu gün, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Bu gün, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Bu gün, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Bu gün, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Bu gün, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Bu gün, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Bu gün, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Bu gün, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Bu gün, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Futbol
Bu gün, 20:54

Eldar Tağızadə rəhbərliyində Bistritsa komandası Sloveniyada 3:1 hesabı ilə səfər qələbəsi qazandı

Digər
Bu gün, 20:50

Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu

Digər
Bu gün, 20:41

Füzuli Məmmədov 9:1 hesablı qələbədən danışdı: “Bu, MOİK-in zəif komanda olması demək deyil”

Digər
Bu gün, 20:32

“Bavariya”nın baş məşqçisinin qayıdışı təxirə düşür

Digər
Bu gün, 20:27

“Fənərbağça”da baş məşqçi postuna namizədlər bilindi

Digər
Bu gün, 20:27

"Liverpul"un istədiyi müdafiəçiyə 120 milyon avro qiymət qoydular

Futbol
Bu gün, 20:19

Real Madrid İspaniya dəmir yolu qəzasının qurbanlarını yad etdi

Basketbol
Bu gün, 20:05

"Neftçi" basketbol komandası baş məşqçisi: "Qələbə üçün 100% hazır olmaq lazımdır"

Güləş
Bu gün, 19:58

Sumqayıtda gənclər üçün Abşeron‑Xızı regional cüdo turniri başlayacaq

Digər
Bu gün, 19:28

İki qızıl və bir gümüş medal qazanan güləşçilərimiz Bakıda təntənəli qarşılanıblar - FOTO/VİDEO

Futbol
Bu gün, 18:59

Neftçi Şamaxı ilə görüşə 1 itki ilə çıxır

Futbol
Bu gün, 18:54

Roma müdafiəçisinin Mussolini soyadlı futbolçusu Serie A-də ilk qolunu vurdu

Oxşar xəbərlər