top
Lindsi Vonn Olimpiya-2026-dakı Yıxılmasından Peşman Deyil Idman.biz
15 fevral 2026, 10:28
- ↺ +

Lindsi Vonn Olimpiya-2026-dakı Yıxılmasından Peşman Deyil

Amerikalı dağ xizəkçisi Lindsi Vonn Olimpiya-2026-da iştirak etmək qərarına görə peşman olmadığını açıqlayıb.

İdman.Biz xəbər verir ki, Vonn yanvarın sonunda dizinin çarpaz bağlarını qoparmasına baxmayaraq, İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında start götürmək qərarı verib. Fevralın 8-də 2010-cu ilin Olimpiya çempionu sürətli eniş yarışında mübarizə aparıb və dəhşətli yıxılma səbəbindən məsafəni başa vura bilməyib. Helikopterlə xəstəxanaya çatdırılan idmançı üçüncü əməliyyatını keçirib.

Vonn sosial şəbəkə hesabında bunları yazıb:

"Son əməliyyat uğurla keçdi! Şükürlər olsun ki, nəhayət ABŞ-a qayıda biləcəyəm! Qayıdan kimi zədəm barədə daha çox xəbər və məlumat paylaşacağam. Amma indi burada, yatağımda oturub düşünərkən bölüşmək istədiyim bir neçə fikir var.

Mənə yazılan çoxlu mesaj və şərhləri oxudum, orada baş verənlərin insanları məyus etdiyi deyilir. Xahiş edirəm, kədərlənməyin. Mən həmrəyliyi, dəstəyi və sevgini qəbul edirəm, amma kədəri yox. Ümid edirəm ki, bu sizə mübarizəni davam etdirmək üçün güc verəcək, çünki mənim etdiyim və etməyə davam edəcəyim məhz budur. Həmişə.

Nə etdiyimi bilirdim. Risk etməyi seçdim. Startda olan hər bir xizəkçi eyni risklə üz-üzə idi.

Mən bacara biləcəyimə tam əmin olduğum şey üçün risk etməyə, çalışmaya və qurban verməyə hazır idim. Potensialımı göstərməyib sonra peşman olmaqdansa, risk edib yıxılmağa hər zaman hazıram. Həyatda heç nə təmin olunmayıb, arzunun arxasınca getməyin riski də budur: yıxıla bilərsən, amma sınamasan, heç vaxt bilməyəcəksən. Ona görə xahiş edirəm, kədərlənməyin. Buna dəyərdi. Heç nəyə görə peşman deyiləm, xizəyə sevgim qalır. Yenidən dağın zirvəsinə qalxacağım anı səbirsizliklə gözləyirəm, bunu edəcəyəm".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 22:16

PSJ “Bayer”in futbolçusunu transfer etmək istəyir

Digər
Bu gün, 22:14

“Kubok oyunlarına maraq az olsa da…” – Azər Məmmədov

Digər
Bu gün, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Digər
Bu gün, 21:47

Harri Keynin həyat yoldaşından təsirli sözlər: “Hər uğursuzluqdan sonra daha güclü qayıtdın”

Digər
Bu gün, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Bu gün, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Bu gün, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Bu gün, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Futbol
Bu gün, 20:54

Eldar Tağızadə rəhbərliyində Bistritsa komandası Sloveniyada 3:1 hesabı ilə səfər qələbəsi qazandı

Digər
Bu gün, 20:50

Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu

Digər
Bu gün, 20:41

Füzuli Məmmədov 9:1 hesablı qələbədən danışdı: “Bu, MOİK-in zəif komanda olması demək deyil”

Digər
Bu gün, 20:32

“Bavariya”nın baş məşqçisinin qayıdışı təxirə düşür

Digər
Bu gün, 20:27

“Fənərbağça”da baş məşqçi postuna namizədlər bilindi

Digər
Bu gün, 20:27

"Liverpul"un istədiyi müdafiəçiyə 120 milyon avro qiymət qoydular

Futbol
Bu gün, 20:19

Real Madrid İspaniya dəmir yolu qəzasının qurbanlarını yad etdi

Basketbol
Bu gün, 20:05

"Neftçi" basketbol komandası baş məşqçisi: "Qələbə üçün 100% hazır olmaq lazımdır"

Güləş
Bu gün, 19:58

Sumqayıtda gənclər üçün Abşeron‑Xızı regional cüdo turniri başlayacaq

Digər
Bu gün, 19:28

İki qızıl və bir gümüş medal qazanan güləşçilərimiz Bakıda təntənəli qarşılanıblar - FOTO/VİDEO

Futbol
Bu gün, 18:59

Neftçi Şamaxı ilə görüşə 1 itki ilə çıxır

Futbol
Bu gün, 18:54

Roma müdafiəçisinin Mussolini soyadlı futbolçusu Serie A-də ilk qolunu vurdu

Digər
Bu gün, 18:51

Özbəkistan idmanının yüksəlişinin sirri - Dünya çempionatı, Olimpiya qızılları və şahmat tacı

Güləş
Bu gün, 18:50

Sumqayıt güləşçiləri U-15 yaş qrupunda Gəncə Kubokunu qazandı

Futbol
Bu gün, 18:41

“Mançester Yunayted”in Karrikin vəzifədə qalmasının əsas səbəbləri ortaya çıxdı

Futbol
Bu gün, 18:29

Ansu Fati 6 həftəlik sıradan çıxıb

Oxşar xəbərlər