Konsept trenajorda avarçəkmə üzrə Federasiya Kuboku keçiriləcək
Avarçəkmə üzrə konsept trenajorda Federasiya Kuboku keçiriləcək. Sport24.az xəbər verir ki, Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidməti məlumat yayıb. Yanvarın 31-də "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək yarışda Bakı və Mingəçevirdən 30-dan çox idmançı mübarizə aparacaq. Qeyd edək ki, konsept trenajor yarışları qapalı məkanda avarçəkmə üçün nəzərdə tutulan xüsusi idman qurğusunda keçirilir. Bu növ yarışlar dünyada geniş yayılıb. Ötən il Azərbaycanda ilk dəfə konsept trenajorda avarçəkmə yarışı keçirilib.