top
İtaliyada 25-ci Qış Olimpiya Oyunlarına Start Verilir, Azərbaycan Da Təmsil Olunur Idman.biz
04 fevral 2026, 13:06
- ↺ +

İtaliyada 25-ci Qış Olimpiya Oyunlarına Start Verilir, Azərbaycan Da Təmsil Olunur

Bu gün İtaliyada 25-ci Qış Olimpiya oyunlarının yarışlarına start verilir.

İdman.Biz xəbər verir ki, mötəbər turnirin ilk günündə körlinq yarışları keçiriləcək. Birinci turda İsveç – Cənubi Koreya, Böyük Britaniya – Norveç, Kanada – Çexiya və Estoniya - İsveçrə görüşləri baş tutacaq. Oyunlar Bakı vaxtı ilə saat 22:05-də başlayacaq.

Qış Olimpiadasında Azərbaycan da təmsil olunacaq. Dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev nüfuzlu yarışda qüvvələrini sınayacaqlar.

Azərbaycan indiyədək Qış Olimpiya Oyunlarında medal qazanmayıb və müstəqil dövlət kimi ilk dəfə 1998-ci ildə Yaponiyanın Naqano şəhərində təşkil olunan olimpiadada təmsil olunub. O vaxtdan bəri ölkəmiz bütün Qış Olimpiya Oyunlarına qatılsa da, hələlik fəxri kürsüyə yüksələn idmançımız olmayıb. İndiyədək ən yüksək göstərici 2014-cü ildə Rusiyanın Soçi şəhərində keçirilən Oyunlarda qeydə alınıb. Fiqurlu konkisürmənin buzüstü rəqs növündə çıxış edən Yuliya Zlobina və Aleksey Sitnikov cütlüyü 12-ci yeri tutub.

Sonuncu dəfə 2022-ci ildə Pekində keçirilən Qış Olimpiya Oyunlarında Azərbaycan iki idmançı ilə təmsil olunub. Fiqurlu konkisürmə üzrə yarışlarda Vladimir Litvintsev 18-ci, Yekaterina Ryabova isə 15-ci pillədə qərarlaşıb.

Azərbaycan Qış Paralimpiya Oyunlarına ilk lisenziyanı isə 2022-ci ilin fevralında qazanıb. Mehman Ramazanzadə kross-kantri növünün sprint kateqoriyasında Pekin Paralimpiadasında iştirak hüququ əldə etsə də, yarışın açılışına az qalmış məşq zamanı ağır zədə aldığı üçün rəsmi debüt baş tutmayıb.

Qeyd edək ki, "Milano–Kortina-2026" Qış Olimpiya Oyunları fevralın 6-dan 26-dək, Paralimpiya Oyunları isə martın 6-dan 15-dək Milan və Kortina d`Ampetso şəhərlərində təşkil olunacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:59

Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır

Digər
Bu gün, 01:28

Qonsalu Ramuş PSJ-dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Dünən, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Dünən, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Dünən, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Futbol
Dünən, 20:54

Eldar Tağızadə rəhbərliyində Bistritsa komandası Sloveniyada 3:1 hesabı ilə səfər qələbəsi qazandı

Digər
Dünən, 20:50

Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu

Digər
Dünən, 20:41

Füzuli Məmmədov 9:1 hesablı qələbədən danışdı: “Bu, MOİK-in zəif komanda olması demək deyil”

Oxşar xəbərlər