top
İki Azərbaycan parabadmintonçusu Avropa çempionatında ən azı bürünc medalı təmin etdi Report.az
03 oktyabr 2025, 17:49
- ↺ +

İki Azərbaycan parabadmintonçusu Avropa çempionatında ən azı bürünc medalı təmin etdi

Azərbaycanın iki parabadmintonçusu Türkiyənin İstanbul şəhərində Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, yeniyetmə paralimpiyaçı Zəhra Salmanlı kişi və qadın idmançıların birgə mübarizə apardığı qoşa yarışda (SH-6 kateqoriyası) ingiltərəli komanda yoldaşı Krysten Coombs ilə korta çıxıb.

Onlar qrup mərhələsində türkiyəli rəqiblərinə 2:0 hesabı ilə (Sudenaz Şanlı, Ali Altıparmak) qalib gələrək ilk qələbəsini qazanıb, ikinci görüşdə isə şotlandiyalı və polşalı duetə (Andrew Davies, Darija Bujnicka) 1:2 məğlub olub.

1/4 finalda fransalı rəqiblərini (Maxime Greboval, Pauline Pelle) 2:1 məğlub edən Z.Salmanlı və K.Coombs Avropa çempionatında yarımfinala vəsiqə qazanıb. Beləliklə, onlar özləri üçün ən azı bürünc medalı təmin ediblər.

20 yaşlı gənc parabadmintonçu İbrahim Əliyev də eyni uğuru təkrarlayıb. İbrahim Əliyev kişi idmançıların birgə mübarizə apardığı qoşa yarışda (SU-5 kateqoriyası) polşalı komanda yoldaşı Bartlomiej Mroz ilə korta çıxıb.

Onlar qrup mərhələsində ingiltərəli rəqiblərinə 2:0 hesabı ilə (Antony Forster, Jack Isaacs) qalib gələrək ilk qələbəsini qazanıb, ikinci görüşdə isə fransalı duetə (Meril Loquette, Lucas Mazur) 0:2 məğlub olub.

1/4 finalda qrupdakı fransalı rəqiblərindən məğlubiyyətin əvəzini çıxaraq 2:1 qalib gələn İ.Əliyev və B.Mroz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb. Beləliklə, onlar özləri üçün ən azı bürünc medalı təmin ediblər.

Qeyd edək ki, yarımfinal görüşləri sabah baş tutacaq.

parabadminton Avropa çempionatı Azərbaycan təmsilçiləri
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:39

Seneqal Millisinin Ex-Footballçusu Demba Ba Havr İdman Direktoru Vəzifəsindən Ayrıldı

Futbol
Bu gün, 21:29

Fabio Kannavaro, Özbəkistan milli komandasının məşqçisi vəzifəsindən ayrılma ehtimalı

Futbol
Bu gün, 21:24

FIFA prezidenti Xəsus de Migelin vəfatı münasibətilə başsağlığı bildirdi

Futbol
Bu gün, 21:09

Barselona Aleks Balde üçün transfer qiymətini 40 milyon avroya yüksəltdi

Futbol
Bu gün, 20:57

Əvəzedicilər Liqası: IX turun oyunları, tarix və saatları açıqlandı

Cüdo
Bu gün, 20:56

Bakı şəhərinin yeniyetmələr arasında cüdo birinciliyinə 483 idmançı qatılacaq

Futbol
Bu gün, 20:41

Dieqo Simeone: “Bavariya” ilə oyunda 80 dəqiqə hücum etmək istəyirik, Kardoso və Hülmann heyətdə yoxdur

Minifutbol
Bu gün, 20:35

Futsal transfer dövrü tarixləri açıqlanıb

Futbol
Bu gün, 20:27

Fənərbaxçanın yeni baş məşqçisi üçün Emre Belözoğlu ilə danışıqlara başlanılıb

Futbol
Bu gün, 20:27

Mançester Siti’nin ‘RB Leypsiq’lə qarşılaşmadan əvvəl yalnız Semenyo iştirak etməyib

Futbol
Bu gün, 20:12

Al-Hilal Qərarı: Bruno Fernandes transferi planlaşdırılmır

Olimpiada
Bu gün, 20:06

İmran və İbrahim Novruzinin beynəlxalq Mental Arifmetika Olimpiadasında qalibiyyəti

Futbol
Bu gün, 19:58

Atletiko, Arsenalın yarımmüdafiəçisi Mikel Merinonun 30 milyon avroluq icarə təklifini göndərəcək

Futbol
Bu gün, 19:46

Qalatasarayın yeni futbolçusunun həyat yoldaşı, İrina Podşibyakina, Türkiyədəki karyerasını dəstəkləmək üçün işini tərk etdi

Qarabağ FK
Bu gün, 19:41

Elvin Cəfərquliyev “Qarabağ”ın məşqlərinə qoşuldu – foto

Futbol
Bu gün, 19:30

İnter Kyeza transferində maaş çətinliyi; Liverpuldan güzəşt gözlənilir

Qarabağ FK
Bu gün, 19:28

U-19 millinin Euro yarişımına hazırlığı üçün "Sabah"–"Qarabağ" oyunu təxirə salındı

Futbol
Bu gün, 19:25

Yuventus, Qulyelmo Vikarionu Tottenhemdən daimi transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 19:16

Roma yarımmüdafiəçisi Merten de Ron Maykl Karrikin özünə nümunə götürdüyünü açıqladı

Futbol
Bu gün, 19:07

Xesus Ovono rəqib futbolçunun ölümünə səbəb olduğu üçün 8-12 oyunlu cəzalandırıla bilər

Futbol
Bu gün, 19:01

Peter Kristiansenin zədəsi 'Vikinq'in Sabahla oynayacağı qarşılaşmanı təhlükə altına ala bilər

Futbol
Bu gün, 18:43

Azərbaycan qadın milli futbol komandası UEFA Millətlər Liqasının 2027/2028 qrup rəqiblərini təyin etdi

Cüdo
Bu gün, 18:29

Abşeronda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək

Futbol
Bu gün, 18:27

Arsenal müdafiəçisi Uilyam Saliba dörd ay sonra məşqlərə qayıtdı

Oxşar xəbərlər