III MDB Oyunları çərçivəsində bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək. Sport24.az xəbər verir ki, Şəkidə çövkən üzrə bürünc medal uğrunda matçda Qazaxıstan və Qırğızıstan seçmələri üz-üzə gələcəklər.
Şəkidə bədii gimnastika üzrə yarışlara da start veriləcək.
Gəncə İdman Sarayında voleybol yarışının sonuncu günündə mükafatçılar müəyyənləşəcək.
Eyni məkanda qılıncoynatma görüşləri davam edəcək, güllə atıclığına isə yekun vurulacaq.
Bundan başqa, Gəncədə 3x3 basketbol üzrə yarışın mükafatçıları bəlli olacaq.
Mingəçevirdə isə avarçəkmənin kayak və kanoe üzrə final yarışları keçiriləcək.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.