top
FHN əməkdaşları III MDB Oyunlarında karate üzrə yüksək nəticələr əldə ediblər Lent.az
06 oktyabr 2025, 15:24
- ↺ +

FHN əməkdaşları III MDB Oyunlarında karate üzrə yüksək nəticələr əldə ediblər

Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində III MDB Oyunları çərçivəsində karate idman növü üzrə yarışlara yekun vurulub.

FHN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, oktyabrın 3-4-də yarışda iştirak edən 8 ölkədən 96 idmançı əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar. Yarışda uğurla çıxış edən 24 idmançıdan ibarət Azərbaycanın karate üzrə milli yığma komandasının üzvləri olan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı daxili xidmət baş çavuşu Rövşən Əliyev, Mülki müdafiə qoşunları N saylı hərbi hissəsinin əsgəri Nuran Rzazadə kata və kumite yarışlarında yüksək nəticələr əldə etməyi bacarıblar.

Kişilər arasında kumite yarışlarında -67 kq çəki dərəcəsində 5 döyüş keçirərək finala vəsiqə qazanan Nuran Rzazadə final görüşündə Qırğızıstan təmsilçisinə 7:3 hesabı ilə qalib gələrək III MDB Oyunlarının qızıl medalına sahib çıxıb.

Bundan əlavə, kişilər arasında şəxsi kata yarışlarında komandanın digər üzvü Rövşən Əliyev isə bürünc medala yiyələnməyi bacarıb.

III MDB Oyunlarında karate idman növü üzrə yarışların keçirilməsində Azərbaycan milli dərəcəli hakimi, FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı daxili xidmət leytenantı Murad Hacızadə də iştirak edib.

Qeyd edək ki, FHN-in karate komandasının əsas məşqçisi ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi Nazirliyin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

FHN-in karateçiləri III MDB Oyunlarında yüksək nəticələr əldə edib

FHN-in karateçiləri III MDB Oyunlarında yüksək nəticələr əldə edib

FHN-in karateçiləri III MDB Oyunlarında yüksək nəticələr əldə edib

FHN-in karateçiləri III MDB Oyunlarında yüksək nəticələr əldə edib

FHN-in karateçiləri III MDB Oyunlarında yüksək nəticələr əldə edib

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:58

Trua 2:0 Le-Manı məğlub etdi

Futbol
Bu gün, 01:38

“Real Madrid” futbolçusunun evinə “El Clasico” zamanı 350 min avrodan artıq dəyərində oğurluq

Digər
Bu gün, 01:20

Bakı noyabrın 23‑29‑da qreppling, pankration və həvəskar MMA dünya çempionatlarına ev sahibliyi edəcək

Futbol
Bu gün, 00:43

Bukovina ilə Livıy Bereq arasındakı matç hava hücumu təhlükəsi səbəbindən dayandırıldı

Futbol
Bu gün, 00:38

Cəlal qol vurdu, “Petrolul” evdə xal qazandı

Güləş
Bu gün, 00:26

Arseniy Djioyev: “Ümid edirəm ki, Azərbaycan bayrağı birinci yerdə olacaq”

Futbol
Bu gün, 00:21

Real Madrid müdafiəçisinin evində 350 min avro dəyərində əşyalar oğurlandı

Futbol
Bu gün, 00:12

Manchester United Karrikin gələcəyinə dair qərarı noyabr fasiləsinə qədər təxirə saldı

Futbol
Dünən, 23:55

Simeone La Liqasında ən çox qalib gələn məşqçi rekordunu yenilədi

Futbol
Dünən, 22:53

Rüfat Abdullazadə iştirak etdi, komandası 1:1 heç-heçə ilə tamamladı

Futbol
Dünən, 22:46

Murad Məmmədov Pafos üçün məğlubiyyətdən xilas oldu

Cüdo
Dünən, 22:39

İki Azərbaycan cüdoçusu U-23 Avropa çempionu

Futbol
Dünən, 22:38

Mourinyo yeddi günə üç matç tənqid etdi

Futbol
Dünən, 22:24

Rüfət Abdullazadənin komandası 1:1 nəticəni son anda bərabərlədi

Futbol
Dünən, 22:15

Spalletti: "Napoli qarşısında qələbə üçün rəqiblərdən daha çox istəmək lazımdır"

Olimpiada
Dünən, 21:59

Dakar 2026‑da Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadənin 800 m sərbəst üzmə yarışı ləğv edildi – məşqçinin etirazı

Futbol
Dünən, 21:48

Maykl Karrik Çelsiyə 0:2 məğlubiyyətdəki üç əsas səbəbi izah etdi

Futbol
Dünən, 21:01

"Sabah" klubu "Barselona" ilə UEFA Çempionlar Liqası matçı üçün hazırlanır

Qarabağ FK
Dünən, 20:45

Yeton Bekiri: "Qarabağ"la 0:0 hesablı heç-heçədə komandamdan razıyam, 1 xala layiq idi"

Futbol
Dünən, 20:39

Bayer evdə 4-2 məğlubiyyətə məruz qaldı, RB Leypsiq 2-0 qələbə qazandı

Qarabağ FK
Dünən, 20:36

Qurban Qurbanov: Çatışmazlıqlarımızı Gizlətməyəcəyik

Futbol
Dünən, 20:35

Maksimov: Cədvəldə sonuncu yerdə olduğumuz üçün futbolçularımız həyəcanlıdır

Futbol
Dünən, 20:25

Araz-Naxçıvan – Zirə matçı (2:2) video icmalı

Qarabağ FK
Dünən, 20:10

Çempionatın çətinliyinə qarşı: hər matça maksimum hazırlaşmalıyıq

Oxşar xəbərlər