top
Fərid Qayıbov: Bakı 2026-da Dünya İdman Paytaxtı statusuna hazırlaşır Idman.biz
16 yanvar 2026, 13:51
- ↺ +

Fərid Qayıbov: Bakı 2026-da Dünya İdman Paytaxtı statusuna hazırlaşır

"Bakı 2026-cı il üzrə Dünya İdman Paytaxtı roluna hazırlaşır, iri beynəlxalq tədbirlərə ev sahibliyi edir, idman infrastrukturu genişləndirilir və elit idman, gənclər proqramları və sosial inklüzivlik təşəbbüslər üzrə iştirak artırılır".

İdman.Biz xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov "Euronews" kanalına müsahibəsində deyib.

Nazir bildirib ki, Bakı 2026-cı ildə Dünya İdman Paytaxtı statusuna hazırlıq çərçivəsində qlobal idman səhnəsində mövqeyini gücləndirir.

"Son illərdə həm paytaxtda, həm də regionlarda 200-dən çox idman obyektimiz inşa olunub. Biz paytaxtda çoxsaylı və çoxnövlü idman tədbirləri ilə yanaşı, müxtəlif beynəlxalq tədbirlər də təşkil etmişik. Beləliklə, artıq müəyyən irsimiz var", - deyə F.Qayıbov vurğulayıb.

May ayında idman sahəsində çox yaxşı tanınan "SportAccord" tədbirinin Azərbaycanda təşkil ediləcəyini söyləyən nazir ən böyük idman biznes forumu, eləcə də WADA-nın Avropa simpoziumlarının mart ayında Bakıda keçiriləcəyini, eyni zaman ölkəmizin "Formula-1" yarışına və digər böyük idman tədbirlərinə ev sahibliyi edəcəyini deyib:

"Cüdo üzrə Dünya Çempionatı və voleybol üzrə Avropa Çempionatı keçiriləcək. Sumo üzrə Dünya Çempionatına ev sahibliyi edəcəyik və bəzi qış idman növlərində ilk dəfə olaraq Avropa Çempionatını və Dünya Kubokunun final mərhələsini təşkil etmişik".

Qadınların idmanda iştirakına da toxunan nazir son oyunlarla müqayisədə onların sayının artığını bildirib:

"Bu, çox yaxşı göstəricidir - təxminən 40 faiz təşkil edir. Bizim üçün son çoxnövlü idman tədbiri bu yaxınlarda Səudiyyə Ərəbistanında keçirilmiş İslam Həmrəyliyi Oyunları olub. Görürük ki, qadın idmançılarımızın bir çoxu medal qazanıb. Bundan əlavə, idman sahələrində qadın idman menecerlərinin, eləcə də məşqçilərin və hakimlərin sayı da getdikcə artır".

F.Qayıbov idmanda əsas istiqamətlərdən birinin sosial inklüzivlik olduğunu vurğulayıb: "Dəstəklədiyimiz Xüsusi Olimpiya Oyunları və Deaflimpiya Oyunları da var. Bu yaxınlarda Azərbaycan Deaflimpiya Oyunlarında ilk medalını qazanıb".

Azərbaycanın bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini söyləyən idman naziri ölkəmizdə çoxsaylı gənclər forumlarının təşkil olunduğunu bildirib:

"Müxtəlif şəhərlər müxtəlif təşkilatların gənclər paytaxtı olub. Lənkəran türk dövlətləri ölkələrinin gənclər paytaxtı olub. Şuşa isə İƏT təşkilatının gənclər paytaxtı elan edilib, biz bunu ISESCO ilə birlikdə təşkil etmişik. Bu, gənclərimiz üçün çox yaxşı təcrübədir, çünki hər il keçirilən tədbirlərimizdə getdikcə daha çox könüllünün müraciət etdiyini görürük.

Bir çox beynəlxalq təşkilat bizə etibarlı və səmərəli tərəfdaş kimi baxır. Məhz bu səbəbdən düşünürəm ki, Bakı Dünya İdman Paytaxtı elan olunub".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:39

Seneqal Millisinin Ex-Footballçusu Demba Ba Havr İdman Direktoru Vəzifəsindən Ayrıldı

Futbol
Bu gün, 21:29

Fabio Kannavaro, Özbəkistan milli komandasının məşqçisi vəzifəsindən ayrılma ehtimalı

Futbol
Bu gün, 21:24

FIFA prezidenti Xəsus de Migelin vəfatı münasibətilə başsağlığı bildirdi

Futbol
Bu gün, 21:09

Barselona Aleks Balde üçün transfer qiymətini 40 milyon avroya yüksəltdi

Futbol
Bu gün, 20:57

Əvəzedicilər Liqası: IX turun oyunları, tarix və saatları açıqlandı

Cüdo
Bu gün, 20:56

Bakı şəhərinin yeniyetmələr arasında cüdo birinciliyinə 483 idmançı qatılacaq

Futbol
Bu gün, 20:41

Dieqo Simeone: “Bavariya” ilə oyunda 80 dəqiqə hücum etmək istəyirik, Kardoso və Hülmann heyətdə yoxdur

Minifutbol
Bu gün, 20:35

Futsal transfer dövrü tarixləri açıqlanıb

Futbol
Bu gün, 20:27

Fənərbaxçanın yeni baş məşqçisi üçün Emre Belözoğlu ilə danışıqlara başlanılıb

Futbol
Bu gün, 20:27

Mançester Siti’nin ‘RB Leypsiq’lə qarşılaşmadan əvvəl yalnız Semenyo iştirak etməyib

Futbol
Bu gün, 20:12

Al-Hilal Qərarı: Bruno Fernandes transferi planlaşdırılmır

Olimpiada
Bu gün, 20:06

İmran və İbrahim Novruzinin beynəlxalq Mental Arifmetika Olimpiadasında qalibiyyəti

Futbol
Bu gün, 19:58

Atletiko, Arsenalın yarımmüdafiəçisi Mikel Merinonun 30 milyon avroluq icarə təklifini göndərəcək

Futbol
Bu gün, 19:46

Qalatasarayın yeni futbolçusunun həyat yoldaşı, İrina Podşibyakina, Türkiyədəki karyerasını dəstəkləmək üçün işini tərk etdi

Qarabağ FK
Bu gün, 19:41

Elvin Cəfərquliyev “Qarabağ”ın məşqlərinə qoşuldu – foto

Futbol
Bu gün, 19:30

İnter Kyeza transferində maaş çətinliyi; Liverpuldan güzəşt gözlənilir

Qarabağ FK
Bu gün, 19:28

U-19 millinin Euro yarişımına hazırlığı üçün "Sabah"–"Qarabağ" oyunu təxirə salındı

Futbol
Bu gün, 19:25

Yuventus, Qulyelmo Vikarionu Tottenhemdən daimi transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 19:16

Roma yarımmüdafiəçisi Merten de Ron Maykl Karrikin özünə nümunə götürdüyünü açıqladı

Futbol
Bu gün, 19:07

Xesus Ovono rəqib futbolçunun ölümünə səbəb olduğu üçün 8-12 oyunlu cəzalandırıla bilər

Futbol
Bu gün, 19:01

Peter Kristiansenin zədəsi 'Vikinq'in Sabahla oynayacağı qarşılaşmanı təhlükə altına ala bilər

Futbol
Bu gün, 18:43

Azərbaycan qadın milli futbol komandası UEFA Millətlər Liqasının 2027/2028 qrup rəqiblərini təyin etdi

Cüdo
Bu gün, 18:29

Abşeronda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək

Futbol
Bu gün, 18:27

Arsenal müdafiəçisi Uilyam Saliba dörd ay sonra məşqlərə qayıtdı

Oxşar xəbərlər