top
Belarus mediası III MDB Oyunları çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib Idman.biz
04 oktyabr 2025, 13:44
- ↺ +

Belarus mediası III MDB Oyunları çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib

Azərbaycanda keçirilən III MDB Oyunları davam edir. İdman yarışları ilə yanaşı, müxtəlif ölkələrdən ölkəmizə gələn jurnalistlər üçün müxtəlif tədbirlər təşkil olunur.

İdman.biz xəbər verir ki, Belarusun "Birinci informasiya" telekanalının əməkdaşları mediatur çərçivəsində Azərbaycanın işğaldan azad edilən torpaqlarında olublar.

Bu barədə ölkənin yerli telekanalında danışılıb. Süjetdə qeyd olunur ki, xarici ölkələrdən olan jurnalistlər ilk Şuşanı ziyarət ediblər.

Mediaturun növbəti dayanacağı Xankəndi və buradakı "Xankəndi stadionu" olub. Məhz burada MDB Oyunları çərçivəsində oxatma yarışları keçirilir. Yarışlarda Belarus idmançıları da iştirak edirlər.

Belarusun atıcılıq növləri üzrə milli mərkəzinin məşqçi-müəllimi Sergey Pupkeviç təşkilatçılığı yüksək qiymətləndirib:

"Azərbaycanın iqlimini nəzərə alsaq, hava bir qədər arzuolunan deyil, amma ümumilikdə hər şey çox yaxşıdır. Təşkilatçılıq 2015-ci ildə Bakıda keçirilən Avropa oyunlarından heç də geri qalmır. Hər şey yüksək səviyyədədir".

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov da mediatur zamanı jurnalistlərin suallarını cavablandırıb:

"Təşkilatla bağlı müxtəlif nümayəndə heyətlərindən olan idmançılarla danışmaq imkanım oldu. Daha əvvəl müşavirə keçirilmişdi, orada Belarus idman nazirinin müavini və belaruslu nümayəndə heyəti də iştirak edirdi. İndiyədək bizə heç bir irad bildirilməyib. Ümid edirəm ki, oyunların sonunadək hər şey uğurla davam edəcək".

Azərbaycanlı nazir həmçinin Belarusun idman sahəsindəki təcrübəsinə də toxunub və qeyd edib ki, dəfələrlə bu ölkədə olub, lakin II MDB Oyunlarında iştirak edə bilməyib. Bununla belə, yarışların yüksək səviyyədə təşkil olunduğunu bildiyini vurğulayıb:

"Mən Belarusda keçirilən Avropa oyunlarında olmuşam. Yarışlar çox yüksək səviyyədə təşkil edilmişdi. Belarus xalqına və idmançılara uğurlar arzulayıram".

Mediatur Belarus jurnalistlərinə Azərbaycanın Qarabağ bölgəsini, MDB Oyunlarının təşkilatçılığını və yarışların gedişatını yaxından tanımaq imkanı yaradıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:40

Nyukasl və Everton Qalatasarayın yarımmüdafiəçisi Qabriel Sara uğrundan mübarizədə

Digər
Bu gün, 17:35

Rəvan Abbaszadə K-1 üzrə dünya çempionu oldu: Azərbaycan bayrağı ilə qeyd etdi, İDMAN.BİZ-ə müsahibə verdi

Futbol
Bu gün, 17:20

Bavariya direktoru Haaland transferini müzakirə etməyəcəklər

Basketbol
Bu gün, 17:19

U-14 basketbol millimiz Serbiyada təlim-məşq toplanışına qatılacaq

Futbol
Bu gün, 17:15

Liverpul Vircil van Deyk ilə 1 illik yeni müqavilə imzalamağı nəzərdən keçirir

Futbol
Bu gün, 17:00

Hakman “qara siyahı”da: Məşqçi Kurban Berdiyev Turan Tovuzun müdafiəçisinə etimadını itirdi

Futbol
Bu gün, 16:59

Rüfət Abbasov: «Neftçi» 90 illik yubileyində çempionluq hədəfləyir, liderliyə yüksəlmək bize psixoloji üstünlük verir

Futbol
Bu gün, 16:50

Neftçi Palms Sports Mərkəzində bərpa məşqini keçir

Futbol
Bu gün, 16:40

Fənərbağça futbolçusu Vedat Muriqi La Liqada transferi üçün maraq doğurub

Futbol
Bu gün, 16:29

Azərbaycan II Liqası: Ağdaş Küren-Arazla heç-heçə etdi, Difai Hypersi məğlub etdi

Futbol
Bu gün, 16:29

İngiltərə Premyer Liqasının üç klubu Morqan Qibbs-Uaytı izləyir

Futbol
Bu gün, 16:20

Stanislav Çerçesov “Axmat” klubundan çıxmağa hazırlaşır

Futbol
Bu gün, 16:15

Uşaq futbolunun inkişafında durğunluq qarşısı alınmalıdır – Vəli Qasımov

Futbol
Bu gün, 16:13

Cristiano Ronaldun Özbəkistana səfəri ləğv edildi

Güləş
Bu gün, 15:58

Kayl Deyk: "Arseniy Djioyev ilə dünyalar finalında gərgin anlar yaşanıb, məşqçim də təşvişə gəldi"

Voleybol
Bu gün, 15:46

Azərbaycanın 16 yaşadək oğlan və qız voleybol milliləri EEVZA Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək

Olimpiada
Bu gün, 15:39

Avropa çempionu Siara Macian toyundan bir neçə həftə sonra vəfat etdi

Digər
Bu gün, 15:30

Gənclər və İdman Nazirliyinin 'Üzməyi öyrənək' layihəsi 8-ci dəfə təşkil olunacaq

Cüdo
Bu gün, 15:27

Balabəy Ağayev Dünya Cüdo Reytinqində Əhməd Yusifovun Əvəzinə Lider olmuşdur

Olimpiada
Bu gün, 15:20

Avstraliyanın Kvinslendində 3 metr uzunluğunda timsah 2032-ci Olimpiya ərazidə aşkar edildi

Basketbol
Bu gün, 15:14

ABF rəhbəri Azərbaycan basketbol klublarının Avropa Kubokundakı şanslarını qiymətləndirdi

Futbol
Bu gün, 15:00

Fənərbaxçanın yeni baş məşqçisi Sergio Konseysao ilə ortaq məxrəcə gəldi

Futbol
Bu gün, 14:59

“Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junior həm karyerasında, həm də şəxsi həyatında problemlərlə üzləşir

Futbol
Bu gün, 14:40

Tibo Kurtua "Real"ın tarixində ən çox matça çıxan 3-cü qapıçı olub

Oxşar xəbərlər