Sloveniyanın Portoroj şəhərində təşkil olunan "Sailing Point Easter Regatta - 2026" beynəlxalq yelkən yarışlarının üçüncü gününə start verilib.
İdman.Biz xəbər verir ki, bu gün üçün üç yarış nəzərdə tutulub.
Azərbaycan komandasının üzvləri müxtəlif qruplarda mübarizə aparırlar.
Kamal Bəşirli "Qızıl", Emel Məmmədli, Furkan Mustafayev və Səma Mansurzadə "Gümüş", Amira Bayramova "Bürünc", Amin Cəlilzadə isə "Zümrüd" qrupda çıxış edir. Reqata aprelin 6-da başa çatacaq.