Türkiyə Super Liqasında XII tura yekun vurulub.
Apasport.az xəbər verir ki, sonuncu oyun günündə 1 qarşılaşma baş tutub.
"Başakşehir" öz meydanında "Çorum"la üz-üzə gəlib. 6 qolun vurulduğu matçda sevinən tərəf ev sahibləri olub. İstanbul təmsilçisi rəqibini 4:2 hesabı ilə üstələyib.
Qeyd edək ki, "Başakşehir" 20 xalla turnir cədvəlində yeddinci pillədə qərarlaşıb. Aktivində 16 xalı olan 11-ci sırada qərarlaşıb.