Azərbaycanın III MDB Oyunlarının medal sıralamasındakı mövqeyi dəyişib.
"Report" xəbər verir ki, aktivində 13 qızıl, 27 gümüş və 43 bürünc medal olan komanda ikinci sıradan üçüncü pilləyə geriləyib.
İkinci sıraya Belarus (15 qızıl, 20 gümüş, 28 bürünc) yüksəlib.
Siyahıya Rusiya (73 qızıl, 27 gümüş, 16 bürünc medal) başçılıq edir.
İndiyə qədər 8 ölkə təmsilçiləri medal qazanıblar.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.
III MDB Oyunları Gəncə