Joze Mourinyo "Real"ın bəzən oyunların ilk hissəsində üzləşdiyi çətinliklər barədə danışıb.
Sportal.az xəbər verir ki, təcrübəli mütxəssis öz açıqlamasında bunları qeyd edib:
"Məsuliyyət mənim üzərimdədir. Amma biz dəfələrlə oyunlara inamlı başlamışıq – "Rasinq", "Valensiya", "Sevilya", "Malaqa" ilə qarşılaşmalarda... Bəzi oyunlarda ilk yarım saat ərzində hər şeyi həll etmişik. Digər oyunlarda isə yaxşı başlasaq da, sonradan tempimizi itirmişik və "Elçe" ilə matçda olduğu kimi, az qala xal itirmişik.
Bu, bir prosesdir. Oyuna yaxşı başlamaq, sabit çıxış etmək və qarşılaşmanı yüksək səviyyədə başa vurmaq zaman məsələsidir. Sanki üç ildir buradayıq, amma cəmi beş ay keçib. Hələ də bizə sabitlik çatışmır.
Vəziyyəti daha yaxşı anlamaq üçün bir neçə futbolçudan bunun səbəbini soruşdum. Onlar isə maraqlı cavab verdilər: ‘Məşqçi, əgər hər dəfə oyuna ideal başlasaydıq, ehtiyat oyunçular skamyasında darıxardınız. Biz sadəcə sizə bir az adrenalin yaşadırıq".