Misli Premyer Liqasının XIII turunda \"Neftçi\" \"Zirə\"yə qalib gəlib.
\"Report\" xəbər verir ki, \"Palms Sports Arena\"da baş tutan oyun \"ağ-qaralar\"ın 1:0 hesablı qələbəsi ilə bitib.
Ev sahiblərinin heyətində Breno Almeyda fərqlənib. O, 8-ci dəqiqədə Lyubomir Tuptanın ötürməsini saxlamadan birbaşa qapıya göndərib.
Ardıcıl dördüncü qələbənin ardından xallarının sayını 30-a çatdıran \"Neftçi\" turnir cədvəlində liderliyini möhkəmləndirib. \"Zirə\" isə 20 xalla beşincidir.
Xatırladaq ki, turun açılış matçında \"Şəfa\" \"İmişli\"yə 3:1 hesabı ilə qalib gəlib.