"Sabah"ın özbəkistanlı futbolçusu Umarali Raxmonaliyev "Sumqayıt"ı məğlub etdikləri (5:1) oyundan sonra azyaşlı azarkeşlərə xüsusi diqqət ayırıb.
Görüşün ardından uşaqlarla səmimi münasibət quran futbolçu onlarla xatirə şəkilləri çəkdirib, avtoqraflarını paylayıb.
Yarımmüdafiəçi balaca azarkeşlərlə söhbət edərək, onlara gələcək karyeralarında uğurlar arzulayıb.
Futbolçunun bu davranışı uşaqların da böyük sevincinə səbəb olub.
Belə səmimi anlar futbolun yalnız meydandakı mübarizədən ibarət olmadığını bir daha göstərmiş olub.
Aşağıdakı linkə daxil olaraq həmin anları özündə əks etdirən videonu izləyə bilərsiniz: