"Roma"nın müdafiəçisi Mario Hermoso Avropanın iki top-klubunun diqqətini cəlb edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, "Barselona" və "İnter" 31 yaşlı futbolçunun çıxışını yaxından izləyir.
"Transfermarkt" portalı Hermosonun bazar dəyərini 7 milyon avro qiymətləndirir. Onun paytaxt klubu ilə müqaviləsinin müddəti isə gələn ilin iyununda başa çatacaq.
İspaniyalı futbolçu 2024-cü ildən "Roma"da çıxış edir. O, cari mövsümdə İtaliya A Seriyasında 11 oyuna çıxıb və 2 qol vurub.