İngiltərə klubları "Mançester Yunayted", "Liverpul" və "Arsenal" Almaniyanın "Borussiya Dortmund" komandasının mərkəz müdafiəçisi Joan Qadu ilə maraqlanır.
Sportify.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Almaniya klubu 19 yaşlı futbolçunu qış transfer pəncərəsində 80 milyon avrodan aşağı məbləğə satmağı düşünmür.
Fransalı müdafiəçi ötən yay Avstriya klubu "Zalsburq"dan Dortmund təmsilçisinə keçib və qısa müddətdə əsas heyət üzvünə çevrilib. Qadu cari mövsümdə bütün turnirlərdə 17 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib.
Futbolçunun "Borussiya" ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalının məlumatına əsasən, onun bazar dəyəri 28 milyon avro qiymətləndirilir.