"Zirə" Misli Premyer Liqasının XIII turunda səfərdə "Neftçi"yə 0:1 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
Bizdə vinger qıtlığı var. Hazırda vingerimiz Erendir, Kris və Smitt perspektivli, oyunçulardır. Onları gələcək üçün almışıq. Məcburiyyətdən rotasiyalar edirik. Amin və Qisməti cinah müdafiəçiləri, Leqbo və Ereni vinger kimi oynatmağı planlaşdırırıq. Leqbo hücumlarda yaxşı idi, Finlandiyada assistləri çox idi, 14-15 qol vurmuşdu. İkinci hissəni çox yaxşı keçirdik. Bu tip oyunları udmaq, qələbələr qazanmaq üün ön xətdə nəticəni həll edəcək ounçular var.
- Oyundan sonra Yuri Verniduba barmaq silkələdiz, o da siz getdikdən sonra sizə barmaq silkələdi...
- Barmaq silkəmələyi yadımda deyil. Ona dedim ki, artıq kəlimələr çox danışırsız, "Neftçi"dəsiz, bu kluba hörmətimdən söz demirəm, elə bilməyin ki, sözüm yoxdur. Ötən oyunda da çox artıq sözlər demişdi. Sadəcə "Neftçi"yə olan hörmətdən danışmırıq. Bəzi açıqlamaları, kəlimələri ona yaraşdırmıram. Fasilədə də yanımdan keçə-keçə çox danışırdı. Deyəcəm, deyəcək sənə demirdim, amma 2 metr yaxınımdan keçirdi. Dedim ki, susmağımın səbəbi var, çünki "Neftçi"dəsiz, bu klubda kim işləsə ona hörmətlə yanaşacağıq.
- Oyunun son dəqiqələri gərgin keçdi. "Neftçi"nin futbolçularında ilk oyundan qalan çılığınlıq var idi. Onu hiss etdiz?
- Qələbəni xüsus qeyd etmələrini görmədim. Biz də futbolçu olmuşuq, məğlub olduğun komandanı istəklə gözləyirsən, udmaq istəyirsən. Başa düşürdük ki, "Neftçi" bu gün qalib gəlsə, qış fasiləsinə çempion kimi gedə bilərdi. Futbolçularda hörmətsizlik görmədim.
- Mirbağırağa