Nigeriya millisinin hücumçusu Ademola Lukman qış transfer dövründə "Atletiko"dan ayrıla bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisi yanvarda 29 yaşlı futbolçu üçün 35-40 milyon avro məbləğində təklif alacağı təqdirdə, onun satışını nəzərdən keçirməyə hazırdır.
"Atletiko" Lukmanı bu ilin fevralında "Atalanta"dan 35 milyon avroya transfer edib.
Nigeriyalı hücumçu bu mövsüm bütün turnirlərdə 15 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.