top
Azərbaycan hakimi Klyuşnikovun Olimpiadada Litvintsevi rəsmi protokoldan aşağı qiymətləndirməsi və digər fərqli balları: İdman.Biz icmalı Idman.biz
11 fevral 2026, 15:44
- ↺ +

Azərbaycan hakimi Klyuşnikovun Olimpiadada Litvintsevi rəsmi protokoldan aşağı qiymətləndirməsi və digər fərqli balları: İdman.Biz icmalı

2026-cı il Qış Olimpiya Oyunlarında kişi fiqurlu konkisürmə üzrə qısa proqramda Azərbaycanı təmsil edən hakim Yuri Klyuşnikovun verdiyi ballar rəsmi protokolla əhəmiyyətli şəkildə fərqlənib.

İdman.Biz xəbər verir ki, xüsusi diqqət Azərbaycan idmançısı Vladimir Litvintsevin çıxışına yönəlib. Rəsmi protokolda o, 63,63 bal ilə 29-cu yeri tutub. Lakin Azərbaycanı da təmsil edən Klyuşnikov Litvintsevin çıxışını daha aşağı qiymətləndirərək 63,13 bal verib, yəni rəsmi nəticədən 0,5 bal az olub. Aydın məsələdir ki, Litvintsev çıxışını uğursuz başa vurub, amma eyni ölkəni təmsil etməsinə baxmayaraq, Ukrayna əsilli Klyuşnikovun Azərbaycan idmançısına balı bir qədər artırmaq imkanı olardı.

Görünən odur ki, bu, Litvintsevin sərbəst proqram mərhələsinə vəsiqə qazanmasına kömək etməzdi, lakin eyni ölkədən olan hakimin öz idmançısına rəsmi protokoldan az bal verməsi bir qədər qəribə görünür.

Digər idmançılara verilən ballarda isə fərqlər daha nəzərəçarpandır. Ən diqqət çəkəni neytral statusda çıxış edən rusiyalı Pyotr Qumenyukla bağlıdır: rəsmi protokolda o, 86,72 bal ilə 12-ci yerdə olsa da, Klyuşnikovun şəxsi reytinqində 4-cü yerə yüksəlib. Azərbaycan hakiminin versiyasına görə onun toplam balı 96,96 olub.

Digər iştirakçılarda da ciddi dəyişikliklər müşahidə olunub. Gürcüstanlı Nika Eqadze Klyuşnikovun qiymətləndirməsinə görə 15-ci yer əvəzinə beşinci olub. Qazaxıstanlı Mixail Şaydorov isə əksinə, rəsmi protokolda beşinci yerdən hakimin şəxsi siyahısında 12-ci yerə düşüb. ABŞ-dan Endryu Torqaşev 8-ci yerdən 17-ci yerə, Kanadadan Stiven Qoqolev isə 10-cu yerdən 16-cı yerə geriləyib.

Eyni zamanda ilk üçlük dəyişməyib: ABŞ-dan İlya Malinin, Yaponiya təmsilçisi Yuma Kaqiyama və Fransadan Adam Syao Him Fa həm rəsmi protokolda, həm də Klyuşnikovun qiymətləndirmələrində mövqelərini qoruyub. Beləliklə, Azərbaycan hakiminin 2026-cı il Olimpiya Oyunlarındakı qiymətləndirmələrində əsas fərq orta sıralarda və top-3 xaricindəki idmançılar arasında müşahidə olunub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Bu gün, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Bu gün, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Bu gün, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Bu gün, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Bu gün, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Bu gün, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Bu gün, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Bu gün, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Bu gün, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Bu gün, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Bu gün, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Futbol
Bu gün, 20:54

Eldar Tağızadə rəhbərliyində Bistritsa komandası Sloveniyada 3:1 hesabı ilə səfər qələbəsi qazandı

Digər
Bu gün, 20:50

Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu

Digər
Bu gün, 20:41

Füzuli Məmmədov 9:1 hesablı qələbədən danışdı: “Bu, MOİK-in zəif komanda olması demək deyil”

Digər
Bu gün, 20:32

“Bavariya”nın baş məşqçisinin qayıdışı təxirə düşür

Digər
Bu gün, 20:27

“Fənərbağça”da baş məşqçi postuna namizədlər bilindi

Digər
Bu gün, 20:27

"Liverpul"un istədiyi müdafiəçiyə 120 milyon avro qiymət qoydular

Futbol
Bu gün, 20:19

Real Madrid İspaniya dəmir yolu qəzasının qurbanlarını yad etdi

Basketbol
Bu gün, 20:05

"Neftçi" basketbol komandası baş məşqçisi: "Qələbə üçün 100% hazır olmaq lazımdır"

Güləş
Bu gün, 19:58

Sumqayıtda gənclər üçün Abşeron‑Xızı regional cüdo turniri başlayacaq

Digər
Bu gün, 19:28

İki qızıl və bir gümüş medal qazanan güləşçilərimiz Bakıda təntənəli qarşılanıblar - FOTO/VİDEO

Futbol
Bu gün, 18:59

Neftçi Şamaxı ilə görüşə 1 itki ilə çıxır

Futbol
Bu gün, 18:54

Roma müdafiəçisinin Mussolini soyadlı futbolçusu Serie A-də ilk qolunu vurdu

Oxşar xəbərlər