top
Anastasiya Papatoma: Azərbaycanı Olimpiadada təmsil etmək mənim üçün böyük qürurdur Idman.biz
08 yanvar 2026, 12:27
- ↺ +

Anastasiya Papatoma: Azərbaycanı Olimpiadada təmsil etmək mənim üçün böyük qürurdur

"Dünyanın ən güclü idmançılarının yarışdığı Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmək mənim üçün böyük qürur və şərəfdir".

Bu sözləri İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma deyib.

17 yaşlı idmançı əsas məqsədinin yarışlara ən yaxşı fiziki və psixoloji durumda qatılmaq və maksimum nəticə göstərmək olduğunu bildirib.

"Azərbaycanı bu cür mötəbər arenada təmsil etmək mənə güclü məsuliyyət və motivasiya verir. Xüsusilə Azərbaycan və daim mənə dəstək olan komandamız üçün böyük fəxarətlə mübarizə aparacağam. Nəzərə alsaq ki, dağ xizəkçiliyi Azərbaycanda geniş yayılmayıb, bu məsuliyyət mənim üçün daha da önəmlidir. Uşaqlıqdan qarı, qışı və xizəyi sevirəm. Özümü sınamaq və bu idman növündə ən yüksək nəticəyə çatmaq istəyi məni bu yola gətirdi. İnanıram ki, dağ xizəkçiliyi gələcəkdə Azərbaycanda daha da inkişaf edəcək", - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

O, Oyunlara hazırlıq prosesi barədə də məlumat verib:

"Hazırlıq prosesim yüksək keyfiyyət və davamlı proqram üzərində qurulub. Mütəmadi məşqlərlə yanaşı, Şahdağda xüsusi hazırlıq mərhələsi keçmişəm. Həmçinin peşəkar fiziki hazırlıq, düzgün bərpa prosesi və psixoloji dayanıqlılığın gücləndirilməsi əsas diqqət mərkəzindədir".

Xatırladaq ki, Azərbaycanı fevralın 6-dan 26-dək Milan və Kortina şəhərlərində keçiriləcək Qış Olimpiya Oyunlarında 2 idmançı təmsil edəcək. Anastasiya Papatomadan başqa, fiqurlu konkisürən Vladimir Litvintsev də nüfuzlu yarışda iştirak hüququ qazanıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:03

“Mançester Yunayted” “Liverpul”la oyundan sonra hakim qərarına etiraz edir

Futbol
Bu gün, 06:13

“Bavariya”da Musiala qalmaqalı böyüyür: gizli görüşün detalları üzə çıxdı

Futbol
Bu gün, 05:07

Unai Emeri Qalatasaray’ın ən təhlükəli tərəfini açıqladı

Futbol
Bu gün, 04:14

Barselona futbolçusu Mirza Çatoviç əməliyyat olacaq

Futbol
Bu gün, 03:12

Vinisiusun PSJ-yə transferi ilə bağlı gözlənilməz açıqlama

Futbol
Bu gün, 02:40

Timoteuş Puxaç: Oyun çıxmadığı üçün kədərlidir, amma həvəsini itirməyəcək

Futbol
Bu gün, 02:29

Qalatasaray azarkeşi şir maskasında qaçan şir axtarışına qoşuldu

Qarabağ FK
Bu gün, 02:20

Qurban Qurbanov Emin Mahmudovun 10 illik milli komandadakı sabit oyununu və gedişini necə qiymətləndirir?

Futbol
Bu gün, 02:10

Brentford Evertonu dörd qol və qırmızı kartla məğlub etdi

Futbol
Bu gün, 02:03

Levante 1-1 dərəcəli Elçəyə qarşı məğlubiyyətdən xilas oldu

Futbol
Bu gün, 01:47

Varela'nın iki qoluyla Monza çempionatın ardıcıl məğlubiyyətlərinə son verdi

Futbol
Bu gün, 01:32

Çempionlar Liqasında "Sabah" – "Barselona" matçı: Flik Yamalın yoxluğu ilə, "Sabah" Kanselonun zəifliyi ilə üzləşir

Futbol
Bu gün, 01:25

Cırtdanlar arasında futbol dünya çempionatında Mərakeş-Kolumbiya görüşündə dava baş verdi

Futbol
Bu gün, 01:20

PSJ Safonovu yeni müqavilə ilə məvacibini artırmağa hazırdır

Futbol
Bu gün, 01:18

Tebas: “Hakimlərə ən böyük təzyiqi “Real” Madrid edir”

Futbol
Bu gün, 01:05

"Qalatasaray" "Aston Villa"ya, "Arsenal" Borussiya Dortmund" qarşı - YENİLƏNİR

Futbol
Bu gün, 01:01

De Bruyne keçmiş komandasına qarşı oyundan danışdı: “Mareskanı yaxşı tanıyıram”

Futbol
Bu gün, 00:45

Aston Villa, Qalatasarayla oyundan əvvəl məşqə çıxmayacaq: Səbəb ot örtüyünün pis vəziyyəti

Qarabağ FK
Bu gün, 00:42

“Qarabağ” Qazaxıstan klubundan əvvəlki məğlubiyyətin əvəzini çıxdı - FOTO

Formula 1
Bu gün, 00:31

Ferstappen Formula-1-dəki texniki reqlament problemlərinin 2030-cu ilə qədər davam edəcəyi proqnozunu verdi

Futbol
Bu gün, 00:22

İlin ən yaxşı gənc oyunçusu oldu

Voleybol
Bu gün, 00:12

“Turan”la oyun öncəsi “Skandiççi”də itki təhlükəsi

Futbol
Bu gün, 00:10

Juventus bosniyalı vingeri Alaybeqoviç üçün 40 milyon avro təklif edə bilər

Futbol
Bu gün, 00:00

Liverpul

Oxşar xəbərlər