top
Azərbaycanlı Güləşçilər Cəfərli və Bayramova U-17 Avropa Çempionatında Yarımfinalda Məğlub Oldular, Bürünc Medal Uğrunda Güləşəcəklər Idman.biz
14 may 2026, 20:15
- ↺ +

Azərbaycanlı Güləşçilər Cəfərli və Bayramova U-17 Avropa Çempionatında Yarımfinalda Məğlub Oldular, Bürünc Medal Uğrunda Güləşəcəklər

Azərbaycanın qadın güləşçiləri Bolqarıstanda keçirilən U-17 Avropa çempionatında yarımfinal görüşlərinə çıxıblar.

İdman.Biz xəbər verir ki, Nuray Cəfərli (46 kq) yarımfinalda polşalı Yuliya Palkayla, Fatimə Bayramova (53 kq) isə macarıstanlı Mariya Jitovozla mübarizə aparıb.

Cəfərli rəqibinə 0:3, Bayramova isə 0:10 hesabı ilə məğlub olublar.

Hər iki güləşçimiz sabah bürünc medallar uğrunda güləşəcək.

Güləşçimiz Simurə Abdullayevanın (69 kq) 1/4 finalda məğlub olduğu türkiyəli Kıymet Tezcan finala yüksəldiyi üçün təmsilçimiz sabah təsəlliverici görüşə çıxacaq.

17:20

Azərbaycanın qadın güləşçilərinin Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında yarımfinal görüşlərindəki rəqibləri müəyyənləşib.

İdman.Biz xəbər verir ki, Nuray Cəfərli (46 kq) yarımfinalda polşalı Yuliya Palkayla, Fatimə Bayramova (53 kq) isə macarıstanlı Mariya Jitovozla mübarizə aparacaq.

Gülxanım Şirinova (40 kq) 1/4 final mərhələsində rusiyalı Zlata Koreşovaya 3:12 hesabı ilə məğlub olub.

Qeyd edək ki, yarımfinal görüşləri bu gün Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

14:24

Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında mübarizə aparıblar.

İdman.Biz xəbər verir ki, Nuray Cəfərli (46 kq) macarıstanlı Vivyen Sentpala 7:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Digər təmsilçimiz Fatimə Bayramova (53 kq) ukraynalı Kamilla Pihora üzərində 6:3 hesablı qələbə qazanaraq yarımfinala vəsiqə əldə edib.

Simurə Abdullayeva (69 kq) 1/4 finalda Türkiyə təmsilçisi Kıymet Tezcanaya 6:17 hesabı ilə məğlub olub.

Fidan Babayeva (61 kq) isə 1/8 finalda İsveçrə təmsilçisi Inez Airaksinenə "tuş"la uduzub.

13:21

Azərbaycanın qadın güləşi üzrə millisinin üzvü Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında uğurla çıxış edib.

İdman.Biz zəvər verir ki. idmançımız Fatimə Bayramova (53 kq) Türkiyə təmsilçisi Ecrin Saliki "tuş"la məğlub edib.

Güləşçimiz F.Bayramova 1/4 finala yüksəlib.

12:46

Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında uğurla çıxış ediblər.

İdman.Biz xəbər verir ki, Nuray Cəfərli (46 kq) Şimali Makedoniya təmsilçisi Frosina Atanasovanı "tuş"la məğlub edərək 1/4 finala yüksəlib.

Simurə Abdullayeva (69 kq) isə Bolqarıstan güləşçisi Natalia Tasevanı "tuş"la üstələyərək 1/4 final mərhələsinə vəsiqə qazanıb.

11:57

Bu gün Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Bolqarıstanın Samakov şəhərində keçirilən U-17 Avropa çempionatının dördüncü günündə mübarizəyə qoşulublar.

İdman.Biz xəbər verir ki, yarışda təmsilçilərimiz müxtəlif mərhələlərdə güclərini sınayacaqlar.

Təsnifat mərhələsində 46 kq çəki dərəcəsində Nuray Cəfərli Şimali Makedoniyalı Frosina Atanasova ilə qarşılaşacaq.

1/8 finalda 53 kq-da çıxış edən Fatimə Bayramova Rusiya təmsilçisi Malita Bolatova ilə Türkiyədən Ecrin Salık arasında baş tutacaq görüşün qalibi ilə üz-üzə gələcək.

Eyni mərhələdə 61 kq-da Fidan Babayeva Moldova idmançısı Lidia Ana Ungureanu və İsveç təmsilçisi Inez Ester Lea Airaksinen cütünün qalibi ilə qarşılaşacaq.

69 kq-da Simurə Abdullayeva Bolqarıstan güləşçisi Natalia Georgieva Taseva ilə gücünü sınayacaq.

1/4 finalda isə 40 kq çəki dərəcəsində Gülxanım Şirinova Rusiya təmsilçisi Zlata Koreshova ilə qarşılaşacaq.

Qeyd edək ki, yarış mayın 17-də başa çatacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:40

İngiltərə futbolçusunun Bakıdakı Çempионлар Liqası oyununda qolları 5-ə çatdı

Qarabağ FK
Bu gün, 22:40

Qarabağın çətin günlərdəki ən böyük dəstəyi – İmarət Tayfa kimdir?

Futbol
Bu gün, 22:37

Sançes, Mourinyonun Real Madridə qayıdışını dəstəkləyərək nüfuzunu gücləndirir

Futbol
Bu gün, 22:30

Ayın ən yaxşı futbolçusu kim olacaq?

Futbol
Bu gün, 22:22

“Valensiya” “Arsenal”ın qapıçısını İspaniyaya qaytarmaq istəyir

Futbol
Bu gün, 22:14

Aston Villa futbolçusu Alexandro Garnao heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi

Digər
Bu gün, 22:11

Şəkidə uşaqlar üçün idman və hüquq maarifləndirmə düşərgəsi keçirilib

Futbol
Bu gün, 22:07

Baena, Şampionlar Liqasında 17 oyunda qol vurmadı

Futbol
Bu gün, 22:00

Juventus Bruno Fernandesi azad agent olmasını gözləyir

Futbol
Bu gün, 21:52

Amorebietanın itirafı: Messinin üzünə butsamla dəymə, VAR olsa meydandan qovulardım

Futbol
Bu gün, 21:50

Latsionun yarımmüdafiəçisi Kennet Teylora "Nyukasl" və "Yuventus"un marağı təsdiqlənib;

Voleybol
Bu gün, 21:40

Skandiççi – Turan matçı CEV Çempionlar Liqası (voleybol) canlı yayım

Futbol
Bu gün, 21:37

Juventus Norveçli hücumçu Aleksander Sörlotun transferi üçün Madridə səfər etdi

Futbol
Bu gün, 21:22

Bruno Fernandeş Poçettinonun

Digər
Bu gün, 21:20

IIHF Rusiya yığmalarının beynəlxalq yarışlara buraxılması haqqında CAS qərarından İsveçrə Federal Məhkəməsinə şikayət edib

Qarabağ FK
Bu gün, 21:20

Şkribek: "O deyəcək 'Qarabağ', mən deyəcəm 'Neftçi'"

Futbol
Bu gün, 21:09

Bellinqem Qızıl Topun Jurnalistlər Üçün Olduğunu Bildirir

Futbol
Bu gün, 21:07

"Barselona"nın yarımmüdafiəçisi Qavi "Sabah"a qarşı Çempionlar Liqası matçında əsas heyətdə başlayacaq

Futbol
Bu gün, 21:00

Niyazi Osmanov: A millidə oynamaq və xaricdə çıxmaq ən böyük arzumdur

Futbol
Bu gün, 20:52

Yamal

Digər
Bu gün, 20:50

Fransesko Totti: Çoxları mənim hesabıma istifadə edirdi

Futbol
Bu gün, 20:40

Sabah vs Barselona start heyətləri açıqlanıb

Futbol
Bu gün, 20:30

Cud Bellinqem: "Qızıl top" məni maraqlandırmır, komanda titulları vacibdir

Futbol
Bu gün, 20:30

Sabahın futbolçusu Abdulxai Xayıbullaev zədə səbəbindən Barselona ilə matçı buraxa bilər

Oxşar xəbərlər