top
Şkribek: O deyəcək 'Qarabağ', mən deyəcəm 'Neftçi' Sportinfo.az
Bu gün, 21:20
- ↺ +

Şkribek: "O deyəcək 'Qarabağ', mən deyəcəm 'Neftçi'"

Ötən mövsüm Macarıstanın ZTE klubunda eyni komandanın formasını geyinən Alen Şkribek və Bense Varkonyi bu yay Azərbaycana üz tutublar.

Lakin futbol yolları onları fərqli düşərgələrə aparıb. Şkribek "Neftçi" ilə anlaşdığı halda, Varkoni "Qarabağ"ın sıralarına qoşulub.

Ötən mövsüm Macarıstanda komanda yoldaşı olan iki futbolçu hazırda Azərbaycan futbolunun əzəli rəqiblərinin formasını geyinirlər. Bununla belə, meydandakı rəqabət onların dostluq münasibətlərinə təsir etməyib.

Həmyerlilər imkan tapdıqca görüşür, birlikdə vaxt keçirirlər.

"Neftçi"nin 25 yaşlı macar yarımmüdafiəçisi Alen Şkribek Sportinfo.az-a açıqlamasında "Qarabağ"da çıxış edən həmyerlisi və dostu Bense Varkonyi ilə münasibətlərindən danışıb:

"Bense ilə demək olar hər gün danışırıq. Görüşmək isə tez-tez alınmır.

Hər ikimizin istirahət günü olanda bəzən birlikdə yeməyə gedirik, alış-veriş edirik, xoş vaxt keçiririk. Demək olar ki, hər həftə görüşürük. Münasibətlərimiz yaxşıdır.

"Komandaların çempionluq şansları barədə danışmırıq. Əlbəttə, oyunlardan söhbət edirik, amma çempionluq məsələsini müzakirə etmirik.

O, mənim komanda yoldaşım olub, dostumdur. Belə mövzuları aramızda müzakirə etmirik".

Söhbət zamanı Şkribekə belə bir sual da ünvanladıq: Macarıstandan hansısa jurnalist zəng vurub mövsümün sonunda "Qarabağ"ın, yoxsa "Neftçi"nin çempion olacağını soruşsa, cavabın necə olar?

Şkribek suala təbəssümlə belə cavab verdi:

"Təbii ki, mən deyəcəm "Neftçi", o deyəcək "Qarabağ".

Amma indidən bu barədə danışmaq tezdir. Ümid edirəm ki, çempion biz olacağıq. İstənilən halda, mövsümün sonunu gözləməliyik".
12 oyundan sonra aktivində 27 xal olan "Neftçi" çempionatın lideridir.

11 oyunda 20 xal toplayan "Qarabağ" 4-cü pillədə qərarlaşıb.

HƏBİB

Ticket Store Neftchi Qarabag FK
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:22

Bruno Fernandeş Poçettinonun

Futbol
Bu gün, 21:07

"Barselona"nın yarımmüdafiəçisi Qavi "Sabah"a qarşı Çempionlar Liqası matçında əsas heyətdə başlayacaq

Futbol
Bu gün, 21:00

Niyazi Osmanov: A millidə oynamaq və xaricdə çıxmaq ən böyük arzumdur

Futbol
Bu gün, 20:52

Yamal

Digər
Bu gün, 20:50

Fransesko Totti: Çoxları mənim hesabıma istifadə edirdi

Futbol
Bu gün, 20:40

Sabah vs Barselona start heyətləri açıqlanıb

Futbol
Bu gün, 20:30

Cud Bellinqem: "Qızıl top" məni maraqlandırmır, komanda titulları vacibdir

Futbol
Bu gün, 20:30

Sabahın futbolçusu Abdulxai Xayıbullaev zədə səbəbindən Barselona ilə matçı buraxa bilər

Futbol
Bu gün, 20:27

İspaniyalı menecer Xavi Bonaventura: "Barselona"-nın Bakıda işini çətinləşdirəcək iki amil - uzun səfər və Yamalın yoxluğu

Futbol
Bu gün, 20:25

Barselonanın yarımmüdafiəçisi Fermin Lopes iki oyuna diskvalifikasiya olunub

Futbol
Bu gün, 20:21

Holand Manchester City-nin uğursuzluğuna izah tapa bilmir

Digər
Bu gün, 20:19

İdman tədbirlərinin maliyyələşdirilməsi qaydaları yeniləndi

Futbol
Bu gün, 20:08

Dambrauskas "Sabah" - "Barselona" qarşılaşması barədə: "Futbolçularım uşaqlıqdan belə oyunları arzulayıblar"

Futbol
Bu gün, 20:00

Qalatasaray’ın baş məşqçisi Okan Buruk «Aston Villa» matçından sonra Batrakovun şəkli ilə hazırlanmış şokolad hədiyyə alıb

Futbol
Bu gün, 20:00

Manuel Noyer həyat yoldaşından ayrılıb, yeni sevgilisi 23 yaşlı fizioterapevtdir

Futbol
Bu gün, 20:00

««Sabah» və «Ulduz»u görə-bütün Azərbaycan futbolu haqqında qərar veririksə, vay bizim halımıza!» - Alfa Zaqatalanın baş məşqçisi uşaq futbolunun vəziyyətini qiymətləndirdi

Futbol
Bu gün, 19:58

Səudiyyə Dövlət İnvestisiya Fondu "Nyukasl"ın 25 faizlik səhm hissəsini yeni investorlara təklif edəcək

Voleybol
Bu gün, 19:43

Polşa klubu Bakıda 'DH Volley'lə oyunun yayımının olmayacağını elan etdi

Futbol
Bu gün, 19:42

Nyukasl klubunun səhmlərinin 25%-i satıla bilər

Qarabağ FK
Bu gün, 19:40

Ayman Buali: “İndi Azərbaycana daha keyfiyyətli, daha samballı legionerlər gəlir”

Futbol
Bu gün, 19:31

Deko Mançester Siti müdafiəçisini Barselonaya gətirməyi planlaşdırır

Futbol
Bu gün, 19:30

Braziliya çempionatının bombardiriri Kevin Viverosun ÇSKA transferi

Digər
Bu gün, 19:28

Tahir Abdullayev UFC-də qərarla qələbə qazanıb, mart ayına qədər yenidən döyüşmək istəyir

Oxşar xəbərlər