top
Barselonanın yarımmüdafiəçisi Qavi Sabaha qarşı Çempionlar Liqası matçında əsas heyətdə başlayacaq Idman.biz
Bu gün, 21:07
- ↺ +

"Barselona"nın yarımmüdafiəçisi Qavi "Sabah"a qarşı Çempionlar Liqası matçında əsas heyətdə başlayacaq

İspaniyanın "Barselona" futbol klubu son qarşılaşmalarda az oyun şansı qazanan yarımmüdafiəçisi Qaviyə etimad göstərməkdə davam edir.

İdman.Biz "The Athletic"ə istinadən xəbər verir ki, futbolçu baş məşqçi Hans Flikin tam etimadını qazanıb.

Klub rəhbərliyinə yaxın mənbələr Qavinin uğurlu çıxış etməsi üçün iki amilin vacib olduğunu bildiriblər: özünəinam və müntəzəm oyun praktikası.

Kataloniya klubunda futbolçunun 2023 və 2025-ci illərdə aldığı diz zədələrinin onun sürətinə mənfi təsir göstərməsi barədə fikirlərlə razılaşmırlar. Buna sübut kimi yarımmüdafiəçinin məşqlərdəki çıxışı göstərilir.

Bununla belə, heyətdəki güclü rəqabət Qavinin oyun vaxtını məhdudlaşdırıb. Futbolçu iştirak etdiyi son beş qarşılaşmanın hamısında meydana ehtiyat oyunçular skamyasından daxil olub. Bu matçlar arasında ən çox oyun vaxtını PSJ ilə görüşdə əldə edib - 30 dəqiqə.

İspaniya millisinin də son iki toplanışına çağırılmayan Qavi əsas heyətdəki yerini qaytarmaq üçün ona verilən fürsətlərdən maksimum yararlanmalıdır.

Bu baxımdan UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda Bakıda "Sabah"a qarşı keçiriləcək görüş futbolçu üçün xüsusi əhəmiyyət daşıyır. Qavi qarşılaşmaya start heyətində başlayacaq.

Qeyd edək ki, yarımmüdafiəçinin "Barselona" ilə müqaviləsi 2030-cu ilin iyununa qədər qüvvədədir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 21:20

Şkribek: "O deyəcək 'Qarabağ', mən deyəcəm 'Neftçi'"

Futbol
Bu gün, 21:00

Niyazi Osmanov: A millidə oynamaq və xaricdə çıxmaq ən böyük arzumdur

Futbol
Bu gün, 20:52

Yamal

Digər
Bu gün, 20:50

Fransesko Totti: Çoxları mənim hesabıma istifadə edirdi

Futbol
Bu gün, 20:40

Sabah vs Barselona start heyətləri açıqlanıb

Futbol
Bu gün, 20:30

Cud Bellinqem: "Qızıl top" məni maraqlandırmır, komanda titulları vacibdir

Futbol
Bu gün, 20:30

Sabahın futbolçusu Abdulxai Xayıbullaev zədə səbəbindən Barselona ilə matçı buraxa bilər

Futbol
Bu gün, 20:27

İspaniyalı menecer Xavi Bonaventura: "Barselona"-nın Bakıda işini çətinləşdirəcək iki amil - uzun səfər və Yamalın yoxluğu

Futbol
Bu gün, 20:25

Barselonanın yarımmüdafiəçisi Fermin Lopes iki oyuna diskvalifikasiya olunub

Futbol
Bu gün, 20:21

Holand Manchester City-nin uğursuzluğuna izah tapa bilmir

Digər
Bu gün, 20:19

İdman tədbirlərinin maliyyələşdirilməsi qaydaları yeniləndi

Futbol
Bu gün, 20:08

Dambrauskas "Sabah" - "Barselona" qarşılaşması barədə: "Futbolçularım uşaqlıqdan belə oyunları arzulayıblar"

Futbol
Bu gün, 20:00

Qalatasaray’ın baş məşqçisi Okan Buruk «Aston Villa» matçından sonra Batrakovun şəkli ilə hazırlanmış şokolad hədiyyə alıb

Futbol
Bu gün, 20:00

Manuel Noyer həyat yoldaşından ayrılıb, yeni sevgilisi 23 yaşlı fizioterapevtdir

Futbol
Bu gün, 20:00

««Sabah» və «Ulduz»u görə-bütün Azərbaycan futbolu haqqında qərar veririksə, vay bizim halımıza!» - Alfa Zaqatalanın baş məşqçisi uşaq futbolunun vəziyyətini qiymətləndirdi

Futbol
Bu gün, 19:58

Səudiyyə Dövlət İnvestisiya Fondu "Nyukasl"ın 25 faizlik səhm hissəsini yeni investorlara təklif edəcək

Voleybol
Bu gün, 19:43

Polşa klubu Bakıda 'DH Volley'lə oyunun yayımının olmayacağını elan etdi

Futbol
Bu gün, 19:42

Nyukasl klubunun səhmlərinin 25%-i satıla bilər

Qarabağ FK
Bu gün, 19:40

Ayman Buali: “İndi Azərbaycana daha keyfiyyətli, daha samballı legionerlər gəlir”

Futbol
Bu gün, 19:31

Deko Mançester Siti müdafiəçisini Barselonaya gətirməyi planlaşdırır

Futbol
Bu gün, 19:30

Braziliya çempionatının bombardiriri Kevin Viverosun ÇSKA transferi

Digər
Bu gün, 19:28

Tahir Abdullayev UFC-də qərarla qələbə qazanıb, mart ayına qədər yenidən döyüşmək istəyir

Futbol
Bu gün, 19:20

Fermin Lopes iki oyunda diskvalifiyasiya edildi

Oxşar xəbərlər