İspaniya "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqem fərdi mükafatlardansa, komanda uğurlarına daha çox önəm verdiyini bildirib.
Sportify.az xəbər verir ki, ingiltərəli futbolçu 2026-cı ildə "Qızıl top" mükafatı uğrunda səsvermədə 11-ci yeri tutub. "France Football" nəşrinin versiyasına görə, ilin ən yaxşı futbolçusu Harri Keyn seçilib.
"Düzünü desəm, “Qızıl top” məni maraqlandırmır. Mən Çempionlar Liqası və La Liqa da daxil olmaqla, mümkün qədər çox komanda titulu qazanmaq istəyirəm.
“Qızıl top” sizin – jurnalistlərin maraq dairəsindədir. Siz səs verə və müzakirələri bir qədər qızışdıra bilərsiniz. Amma mənim üçün komandanın qalib gəlməsi daha vacibdir", – deyə Bellinqem bildirib.