top
U15 Avropa Çempionatında uğur qazanan qızlarımız vətənə qayıtdı: Həsrət Məmmədyarov nikbin proqnozlar verir Idman.biz
30 iyun 2025, 00:29
- ↺ +

U15 Avropa Çempionatında uğur qazanan qızlarımız vətənə qayıtdı: Həsrət Məmmədyarov nikbin proqnozlar verir

İtaliyanın Kaorle şəhərində keçirilən U15 Avropa çempionatında 3 medal qazanan qızlardan ibarət millimiz vətənə qayıdıb.

İdman.biz xəbər verir ki, 1 gümüş, 2 bürünc medal əldə edən və 82 xalla komanda hesabında 5-ci yeri tutan yığma həm medalların sayına, həm əyarına, həm toplanan xallara, həm də yekun sıralamadakı mövqeyinə görə özünün ən yaxşı nəticəsinə imza atıb.

Böyük məşqçi Həsrət Məmmədyarov bu nəticəni qənaətbəxş qiymətləndirdiyini deyib: "İnşallah, təlim-məşq toplantılarımız davam etdikcə bundan da artıq nəticələr verə bilərik. Bu yarışa hazırlıq prosesində bizə yaradılan şəraitə görə federasiyamıza təşəkkürümü bildirirəm. Bundan da çox medal qazana bilərdik. Amma nəzərə alaq ki, heyətin əksər üzvü ilk dəfə böyük yarışda çıxış edirdi. Ölkə çempionatından sonra yeni qızlar komandaya cəlb edilib. Fikrimcə, ildən-ilə nəticəmiz daha da yaxşılaşacaq".

Avropa ikincisi Simurə Abdullayeva uğurlu çıxışını 26 iyun - Silahlı Qüvvələr gününə özəl olaraq, şəhidlərimizə və hərbçilərimizə həsr etdiyini bildirib: "Üstümdə əziyyəti olan ailəmə, şəxsi məşqçim Orxan müəllimə və mənə dəstək olan yığma məşqçilərinə öz dərin təşəkkürümü bildirirəm. İnşallah, qarşıdan gələn yarışlara daha yaxşı hazırlaşıb, bundan da yaxşı nəticələr göstərərək, bayrağımızı fəxrlə dalğalandıraram".

Avropa üçüncüsü Məryəm Əmrəli yarışa çox yaxşı hazırlaşdıqlarını vurğulayıb: "İlk dəfə Avropa çempionatında iştirak edirdim. Ona görə də həyəcan var idi. Amma çalışdım ki, yarışıma təsiri olmasın. Özümdən çempionluq gözləyirdim. Amma bürünc medal qazandım. Bəzi səhvlərə görə çempion ola bilmədim".

Avropa üçüncüsü Leyla Əsgərova finala çıxmağı və çempion olmağı gözlədiyini deyib: "Alınmadı. İlk Avropa çempionatım idi. Üçüncü yerə nail oldum. Çox sevincliyəm. İlk başda atama dərin təşəkkürümü bildirirəm. Çünki atam məni bu yola kimi gətirib. Daha sonra şəxsi məşqçim Eşqin Həsənova, yığmanın məşqçilərinə, mənə dəstək olan Mariya Stadnikə və fiziki hazırlıq üzrə məşqçim Sənan müəllimə də minnətdaram. Onların hər birinin üzərimdə böyük əziyyəti var. İnşallah, onların əziyyətini yerə vurmayacağam. Qarşıda hələ çox yarışlar var. Bu yarışlara ciddi hazırlaşıb, bayrağımızı dalğalandıracağam".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Bu gün, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Bu gün, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Bu gün, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Bu gün, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Bu gün, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Bu gün, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Bu gün, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Bu gün, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Bu gün, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Oxşar xəbərlər