top
Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Məsləhət Qrupuna üzv seçilib Idman.biz
08 iyul 2025, 22:29
- ↺ +

Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının "Məsləhət Qrupu"na üzv seçilib

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının "Məsləhət Qrupu"na üzv təyin edilib.

İdman.biz-ə bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

AAF prezidenti Kamran Nəbizadənin təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Firdovsi Umudovun bu vəzifəyə seçilməsi Azərbaycan ağırlıqqaldırma idmanı tarixində ilkdir. Təyinatla bağlı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasından AAF-a rəsmi təbrik məktubu daxil olub.

IWF-ə üzv olan 200-dən artıq ölkənin federasiya nümayəndəsi arasından "Məsləhət Qrupu"na AAF rəsmisinin seçilməsi ölkə idmanımız üçün böyük nailiyyətdir. Belə ki, buna qədər ölkəmiz Avropa və Dünya Ağırlıqqaldırma Federasiyalarının rəsmi strukturunda heç bir nümayəndə ilə təmsil olunmamışdı.

Firdovsi Umudov idman sahəsində əldə olunan böyük uğur və nailiyyətlərə görə, 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu və 2016-cı ildə "Tərəqqi" medalı ilə təltif edilib. Firdovsi Umudov 2022-ci ildə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülüb.

Azərbaycan Respublikasının idman ustası və əməkdar məşqçi Firdovsi Umudov 2009, 2012, 2015-ci illərdə Azərbaycanda ilin məşqçisi seçilib. Təcrübəli mütəxəssis 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilən ilk azərbaycanlı kimi adını idman tariximizə yazdırıb.

Qeyd edək ki, Firdovsi Umudov 28 sentyabr 2023-cü il tarixindən Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti vəzifəsini icra edir. O, eyni zamanda "Sərhədçi İdman Mərkəzi"nin, İdman bölməsinin rəisidir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:00

“Sabah”ın ulduz futbolçusu Qazaxıstan klublarına baxmayaraq Avropanı seçdi

Futbol
Bu gün, 13:47

«Beşiktaş» – «Qalatasaray» derbisinin hakimi Oğuzhan Çakır təyin olunub

Futbol
Bu gün, 13:45

Bavariya qapıçısı doğulandan sonra həyat yoldaşını atdı

Futbol
Bu gün, 13:40

"Napoli"nin qapıçısı Aleks Meretin müqavilə danışıqları dalana dirənib

Futbol
Bu gün, 13:35

Avropa Liqası və Konfrans Liqasının bugünkü matçları bu kanallarda canlı yayımda

Futbol
Bu gün, 13:35

İstanbul derbisini FIFA referisi Oğuzhan Çakır idarə edəcək;

Basketbol
Bu gün, 13:31

"Sumqayıt" basketbol komandasının məşqçisi Allahverdi Yusifov: "Hədəfimiz liqa mərhələsini ilk dördlə bitirməkdir"

Futbol
Bu gün, 13:25

Kompani "Bayern"in "Lill"ə məğlubiyyətini şərh etdi

Futbol
Bu gün, 13:22

Hans-Diter Flik Bakıda UEFA Çempionlar Liqasının tarixində yer alıb;

Digər
Bu gün, 13:22

Nigeriyada çövkən üzrə ölkə çempionatında "NSK Farms" komandası qalib gəlib

Futbol
Bu gün, 13:16

Ayxan Abbasovun rəhbərliyi altında Azərbaycan millisi gerçək milli komandaya çevrilir;

Futbol
Bu gün, 13:16

Kriştianu Ronaldunun anası Çempionlar Liqasında "Sportinq"in "Mançester Yunayted"ə qarşı matçını tribunadan izləyib

Güləş
Bu gün, 13:09

Yapon professoru Masamitsu İto Azərbaycan güləş millilərinin məşqçiləri və tibbi personalı üçün seminar keçib

Futbol
Bu gün, 13:00

«Zaqatala»nın baş məşqçisi Rakif Əliyev: «Şimala» 1:4 hesabı ilə uduzmaq məyusedici oldu, amma nəticələrimizi mənfi qiymətləndirmirəm"

Futbol
Bu gün, 13:00

Vaqif Sadiqov:

Tennis
Bu gün, 12:51

İtaliya Devis Kubokunun yarımfinalına yüksəlib — Çexiyla görüşəcək

Basketbol
Bu gün, 12:42

Neftçi basketbol klubu Treyon Ceykobla müqavilə imzaladı

Futbol
Bu gün, 12:34

U-15 dünya çempionatında parlayan şimali irlandiyalı futbolçu Norviç SitiYE keçdi

Futbol
Bu gün, 12:31

Qabriel Jezus Çempionlar Liqasında 28 qolla Rivaldonu və Luis Suaresi geridə qoydu

Futbol
Bu gün, 12:29

Vatsko: "Şaxtyor" rəhbərliyi gələcək baş məşqçi üzrə variantları nəzərdən keçirməlidir

Futbol
Bu gün, 12:26

Litva XİN rəhbəri ‘Sabah’ın baş məşqçisi Dambrauskasa ‘Diplomatiya ulduzu’ mükafatını təqdim edib

Futbol
Bu gün, 12:25

Puxaç “Barselona” məğlubiyyəti barədə danışdı: “Bizə çox sərt davrandılar”

Futbol
Bu gün, 12:20

Çempionlar Liqasında ən zəif performansımız

Minifutbol
Bu gün, 12:20

Balogun Arsenal-dan Manchester United-ın əsas transfer hədəfi olur

Oxşar xəbərlər