top
Fərid Qayıbov iyun ayında baş tutan əlamətdar gimnastika hadisələri və Avropa kubokunun Bakıda keçirilməsi barədə danışıb Idman.biz
08 iyul 2025, 15:59
- ↺ +

Fərid Qayıbov iyun ayında baş tutan əlamətdar gimnastika hadisələri və Avropa kubokunun Bakıda keçirilməsi barədə danışıb

"İyunda gimnastika yarışları digər aylara nisbətən daha çox bütün qitədə yayıldı! Avropa və yeniyetmələr arasında dünya çempionatından tutmuş kütləvi tədbirlərə qədər - gimnastika diqqət mərkəzində olub".

İdman.biz xəbər verir ki, bunu Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbov deyib.

O, rəhbərlik etdiyi qurumun saytındakı "Prezidentin qeydləri" rubrikasında yayın ilk ayının əlamətdar hadisələrini qeyd edib.

O, iyunda baş verən önəmli hadisələri belə xatırladıb: "İdman gimnastikası üzrə Leypsiqdə keçirilən Avropa çempionatının böyük uğurla başa çatmasından dərhal sonra Estoniyanın paytaxtı Tallinə yollandıq. Burada bədii gimnastika üzrə 41-ci Avropa çempionatı baş tutdu. "Unibet Arena" idmançılarımıza heyrətamiz çıxışlarını nümayiş etdirmək üçün əsl nağıllar məkanı təqdim etdi. Tamaşaçılar həm idmançıların, həm də maskotumuz Luicinin iştirakı ilə tarixi anlara şahid oldular və öz minnətdarlıqlarını səmimi şəkildə ifadə etdilər. Xalçada, final mərhələlərində və mükafatlandırma mərasimində bir çox ölkənin təmsil olunması sevindirici məqamlardan idi.

Bu, Estoniyada keçirilən ilk Avropa səviyyəli gimnastika yarışı idi və bu bizim üçün qürurverici məqamdır. Baltik regionuna yenidən qayıtmaq bizi məmnun edir. Estoniya Gimnastika Federasiyasına xüsusi təşəkkür düşür – siz göstərdiniz ki, ‘kiçik" federasiyalar da yüksək səviyyəli tədbirləri uğurla təşkil edə bilərlər".

Qayıbov həmçinin İsveçrənin Lozanna şəhərində keçirilən gimnastika festivalını da qeyd edib: "Bu, dünyanın ən iri və ən qədim gimnastika festivallarından biridir. Bu möhtəşəm festivalın 77-ci tədbirinə şahidlik etmək şərəfinə nail olduq. Tarixi təxminən 200 il bundan əvvəl başlayan - ilk dəfə 1832-ci ildə keçirilmiş bu festival hər 6 ildən bir təşkil olunur və hazırda İsveçrənin ən böyük idman tədbiridir. 65 min iştirakçı və 300 min ziyarətçi ilə bu, idmanımız üçün ən yaxşı reklamdır: istər həvəskar, istərsə də yüksək səviyyəli gimnastika ilə məşğul olmağın sevincini göstərir, çıxışların keyfiyyətini vurğulayır, dünyanın hər yerindən qonaqları cəlb edir".

Avropa Gimnastikasının prezidenti əhəmiyyətlə hadisələrdən olan gənclər arasında dünya çempionatı barədə də danışıb: "Bolqarıstanın paytaxtı Sofiyada baş tutan bu turnirdə gələcəyin ulduzları parladı. Üçüncü dəfə keçirilən tədbirdə ev sahibi ölkə özünün dünya şöhrətli bədii gimnastika reputasiyasına sadiq qalaraq növbəti nəslin əvvəlki nəsillər qədər yaxşı olduğunu nümayiş etdirərək bir daha fərqləndi. Fərdi yarışlarda medallarıhəmçinin Polşa və Gürcüstan təmsilçiləri qazanıb, Ukrayna və İtaliya isə qrup yarışında mükafatçı yerləri tutublar. Çoxlu sayda ölkələrin finala çıxması və medal qazanması bu növ üçün böyük bir irəliləyişdir. Gələcək, şübhəsiz ki, parlaq görünür!"

Fərid Qayıbov həmçinin Avropa Gimnastikası İcraiyyə Komitəsinin Lozannada keçirilən ikinci iclası barədə də məlumat verib: "Burada bir çox maraqlı mövzuları müzakirə etdik, o cümlədən Avropa kuboku seriyasını. Məmnuniyyətlə bildirirəm ki, bədii gimnastika üzrə bir yarış artıq təsdiqlənib – o, may ayının ilk həftəsonu, üçüncü il ardıcıl olaraq, yenidən Bakıda keçiriləcək! "Strategiya Planı 2030" çərçivəsində bu seriyaya daha çox növ və mərhələ əlavə etməyi planlaşdırırıq".

O, həmçinin noyabrın sonunda Çexiyanın paytaxtı Praqada keçiriləcək Avropa Gimnastikasının Konqresi ilə bağlı hazırlıqlara toxunaraq deyib:
"Konqres seçki xarakterlidir və namizədlərin siyahısı artıq açıqlanıb. Bu qədər ölkənin və namizədin təşkilata töhfə verməyə hazır olması, son dövrlərdə həyata keçirdiyimiz işlərin və yeni strategiyamızın uğurlu nəticəsidir. Bütün namizədlərə uğurlar arzulayıram və inanıram ki, federasiyalarımız Avropa gimnastikasının gələcəyi üçün peşəkar insanları seçəcəklər".

Sonda Qayıbov qarşıdan gələn iki böyük çoxnövlü idman tədbirinə də diqqət çəkib: "İyulda Avropa Gənclər Olimpiya Festivalı (EYOF) və Dünya Universiadası keçiriləcək. Hər ikisi çox fərqli hədəf qrupları üçün gimnastikanın ən yaxşılarını nümayiş etdirir: EYOF gənc bədii gimnastlara ilk dəfə olaraq kompleks tədbirdə öz güclərini sınamaq imkanı verir, Ümumdünya Universitet Oyunları isə təhsil və yüksək səviyyəli idman performansının bir-biri ilə əlaqəli olduğunu göstərir. Bütün iştirakçılara uğurlar!"

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Bu gün, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Bu gün, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Bu gün, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Bu gün, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Bu gün, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Bu gün, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Bu gün, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Bu gün, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Bu gün, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Oxşar xəbərlər