top
Ahıllar evinin sakinləri Bakıda keçiriləcək Gimnastika hamı üçün üzrə Challenge turnirinə hazırlaşırlar Idman.biz
21 iyun 2025, 13:52
- ↺ +

Ahıllar evinin sakinləri Bakıda keçiriləcək "Gimnastika hamı üçün" üzrə "Challenge" turnirinə hazırlaşırlar

Ahıllar evinin sakinləri Bakıda keçiriləcək "Gimnastika hamı üçün" növü üzrə üçüncü beynəlxalq "Challenge" turnirinə hazırlıqlarını davam etdirirlər.

İdman.biz xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin yarışda iştirak edəcək sakinləri Rəna Manafovanın rəhbərliyi ilə intensiv məşqlər keçirlər.

Onlar məşq zamanı müxtəlif rəqslər, fləşmob çıxışları və sadə akrobatik hərəkətlər icra ediblər.

Məşqçi Rəna Manafova bu layihənin bir parçası olduğu üçün qürur hissi keçirdiyini bildirib: "İdman yaşa baxmır. İnsanlar yaşından, fiziki durumundan asılı olmayaraq, idmanla məşğul ola bilərlər. Bu, ahıllarımızın hazırlaşdığı sayca üçüncü turnirdir. Bütün yarışlara yüksək səviyyədə hazırlıq görürlər. Hətta, onların fanatları da var. Həmin insanlar səbirsizliklə bizim ahıllarımızın çıxışını gözləyirlər".

SSRİ idman ustası proqramların hər il çətinləşdiyini söyləyib: "İlk turnirdəki proqramımız nisbətən daha asan idi. Lakin növbəti yarışlarımızda fərqli musiqilərdən istifadə etdik və daha çətin hərəkətlər nümayiş etdirdik".

"Gimnastika hamı üçün" növü üzrə komandanın 79 yaşlı üzvü Validə Həsənova isə belə yarışlarda iştirak etməyin əhvali-ruhiyyəsini yüksəltdiyini vurğulayıb: "Mən ötən il də bu turnirə qatılmışdım. O zaman da çox yaxşı hazırlıq keçmişdik. Gələn il 80 yaşım olacaq. Amma özümə söz vermişəm ki, növbəti illərdə də bu turnirdə iştirak edəcəyəm. Biz Rəna xanımın olmadığı günlərdə belə məşqlər edirik. Mən futbol da, voleybol da oynayıram. Çünki idmanla məşğul olmaq enerjimi artırır, özümü daha gümrah və pozitiv hiss etməyimə səbəb olur".

Xatırladaq ki, iyunun 28-29-da Dənizkənarı Milli Parkda təşkil olunacaq "Challenge"də 5 müxtəlif ölkənin 48 komandası yer alacaq. İştirakçılar iki yaş kateqoriyası (50 yaşdan aşağı və 50 yaşdan yuxarı) üzrə proqramlarda çıxış edəcəklər.

Tədbir ustad dərsləri, komandaların rəngarəng çıxışları və əyləncə proqramları ilə yadda qalacaq.

Qeyd edək ki, bu layihənin məqsədi ahıl şəxslərin fiziki aktivliyini artırmaq, onların sosial həyata inteqrasiyasını dəstəkləmək və sağlam həyat tərzini təşviq etməkdir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Bu gün, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Bu gün, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Bu gün, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Bu gün, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Bu gün, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Bu gün, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Bu gün, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Bu gün, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Bu gün, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Oxşar xəbərlər