top
Şamaxı rəhbərliyindən AÇIQLAMA: Ayxan Abbasov mövsümün sonuna qədər komandada qalacaq, yeni baş məşqçi məsələsi hələlik açıqlanmayacaq Idman.biz
05 may 2026, 17:09
- ↺ +

"Şamaxı" rəhbərliyindən AÇIQLAMA: Ayxan Abbasov mövsümün sonuna qədər komandada qalacaq, yeni baş məşqçi məsələsi hələlik açıqlanmayacaq

"Mövsümün əvvəlində rəhbərlik tərəfindən qarşıya qoyulan əsas məqsəd Premyer Liqada yerimizi qorumaq, eyni zamanda bacardığımız qədər turnir cədvəlində daha yuxarı pillələrdə qərarlaşmaq idi. Hədəflərimizə çatdığımızı düşünürəm".

Bu sözləri "Şamaxı" klubunun İdarə Heyətinin sədri Elçin Usub deyib.

Baş məşqçi Ayxan Abbasovun mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı xəbərlərə də toxunan klub rəsmisi hələlik buna şərh vermək istəmədiyini bildirib.

"Ayxan müəllim mövsümün sonuna kimi komandanın başında olacaq. Yeni baş məşqçi məsələsinə nöqtə qoyulduqda bu barədə rəsmi məlumat veriləcək", - deyə o, AZƏRTAC-a açıqlamasında söyləyib.

E.Usub "Şamaxı"nın növbəti mövsüm üçün hədəfləri haqqında da danışıb:

"Hazırkı reallığı nəzərə alsaq, yeni mövsümdə də komandanın qarşısına Premyer Liqada qalmaq hədəfi qoyulacaq. Əgər kluba yeni sponsorlar cəlb olunsa, o zaman başqa hədəflərdən danışmaq olar".

"Şamaxı"nın aparıcı futbolçusu Kərim Rossinin gələcəyi ilə bağlı da danışan klub rəsmisi müqaviləsi başa çatmaqda olan isveçrəli hücumçunun komandada qalıb-qalmayacağına mövsümün sonunda aydınlıq gələcəyini vurğulayıb.

Qeyd edək ki, "Şamaxı" hazırda 35 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 14:00

Qarabağa səfər, tarixi şəhərdə futbol günü | Xankəndi vloqu - VİDEO

Futbol
Bu gün, 14:00

Vernidub “Neftçi”ni çempion edəcəyini niyə deyə bilmir?

Cüdo
Bu gün, 13:53

UFC reytinqi yeniləndi – Azərbaycan döyüşçülərinin mövqeyi bəlli oldu

Qarabağ FK
Bu gün, 13:48

Mircavadov: “Sabah”ın Barselona qarşı taktikası və planları

Futbol
Bu gün, 13:40

“Barselona” Bakıya səfəri “PlayStation”la keçirdi

Cüdo
Bu gün, 13:37

UFC-nin sabiq çempionu: “Nurməhəmmədovlar həbsxanada qalmalı idilər” - FOTO/VİDEO

Qarabağ FK
Bu gün, 13:33

Makreçkis vəziyyətdən razı deyil: “Hər oyunda qələbə qazanmalıyıq”

Futbol
Bu gün, 13:27

PSJ-yə rədd cavabı verdi – “Benfika”da qalacaq

Futbol
Bu gün, 13:22

“Sabah” - “Barselona” oyununa bilet almamışam” - Samir Abbasovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Futbol
Bu gün, 13:21

Nazim Süleymanov: "Sabah" "Barselona" ilə oyunda sürpriz edə bilər

Futbol
Bu gün, 13:20

"Arsenal" və "Borussiya"nın sabiq futbolçusu Çexiya klubundan ayrıldı

Futbol
Bu gün, 13:01

Mahirin asistləri Polşa Ekstraklasasında ön sırada

Futbol
Bu gün, 13:00

Azərbaycan çempionu iş yerini dəyişdi, operativ qərargah qurdu

Futbol
Bu gün, 13:00

Abdulla Rzayev: “Qapımızda bəzən heç nədən qollar görürük"

Cüdo
Bu gün, 12:52

Tahir Abdullayev: “Çətin olan döyüşmək yox, çəki salmaq idi”

Futbol
Bu gün, 12:51

Qərb derbisinin biletləri satışa çıxarılıb

Futbol
Bu gün, 12:50

PSJ Vinisius Juniorun transferindən imtina etdi

Digər
Bu gün, 12:44

‘Azərlotereya’dan iki yeni ‘Poz-Qazan’ oyunu: Böyük uduş imkanları!

Futbol
Bu gün, 12:44

“Hazırkı heyət daha balanslıdır”

Qarabağ FK
Bu gün, 12:30

“Qarabağ”ın tarixində üçüncü dəfə: Danışır rəqəmlər

Futbol
Bu gün, 12:29

PSJ “Benfika” futbolçusu Canluka Prestianni heyətinə qoşmağa niyyətlidir;

Futbol
Bu gün, 12:27

Balacaboyların dünya çempionatında kütləvi dava

Futbol
Bu gün, 12:20

Barselona, PSJ‑nin ulduzunu transfer etmək istəyir – Nunu Mendeş

Futbol
Bu gün, 12:20

Maurisio Poçettinodan "Mançester Yunayted"in futbolçularına yeni sərt qaydalar

Oxşar xəbərlər