top
Arif Əsədov: Qol Epizodlarından Yararlana Bilməmək Yaralı Yerimizdir Sport24.az
Bu gün, 15:00
- ↺ +

Arif Əsədov: Qol Epizodlarından Yararlana Bilməmək Yaralı Yerimizdir

"Millimizi Lixtenşteyn üzərində qələbə münasibətilə təbrik edirəm. Qarşıya qoyulan əsas hədəf qrupda lider olmaq idi və komanda buna nail oldu". Bu sözləri Sport24.az-a Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis yığmamızın UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 13-də Vaduts şəhərində keçirilən Lixtenşteyn – Azərbaycan oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Lixtenşteynlə qarşılaşmada nəticə gözəl oyundan daha önəmli idi. Bu baxımdan futbolçularda görüşün əvvəlində müəyyən həyəcan hiss olunurdu. Yığmamız ilk dəqiqələrdən ərazi üstünlüyünə yiyələndi, rəqib meydanında daha çox vaxt keçirdi. Hətta bir qol da vurduq, təəssüf ki, qeydə alınmadı. Bundan əlavə, başqa qol epizodlarımız da oldu, lakin təəssüf ki, onlardan yararlana bilmədik. Bu, bizim yaralı yerimizdir. Belə imkanları dəyərləndirmək üzərində daha çox çalışmalıyıq. Təbii ki, bizim prioritetimiz belə rəqiblərə qarşı qələbə qazanmaqdır. Gələcəkdə isə daha güclü komandalarla başabaş mübarizə apararaq inkişaf etmək və oyun səviyyəmizi yüksəltmək lazımdır. Andorra ilə yoldaşlıq görüşü Ayxan Abbasov üçün gələcək planların qurulması, komandanın vəziyyətinin qiymətləndirilməsi və müəyyən çatışmazlıqların aradan qaldırılması baxımından vacibdir".

Qeyd edək ki, Vaduts şəhərində keçirilən D Liqasının 2-ci qrupunun matçı Azərbaycan komandasının qələbəsi ilə bitib - 1:0. Millimiz dörd oyundan sonra 8 xalla qrupu birinci pilədə başa vurub. Litva dörd xalla ikinci, Lixtenşteyn bir xalla sonuncudur. Noyabrın 16-da, qrupun sonuncu qarşılaşmasında Litva Lixtenşteyni qəbul edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:01

Kəpəz və Gəncəbasar 1:1 hesablı yoxlama oyununda görüşdülər

Basketbol
Bu gün, 14:56

ABŞ basketbolçusu Sumqayıtın şəhərinə öz doğma şəhərini xatırlayır

Futbol
Bu gün, 14:36

Ronaldusuz Portugal və Holandın təzyiqi altında: Millətlər Liqasında 8 əsas matç

Digər
Bu gün, 14:30

Almaniyanın 1990 Dünya Çempionu Prezident namizədinə çevrildi

Digər
Bu gün, 14:16

IIHF, CAS-ın Rusiyanın beynəlxalq hokkey turnirlərinə qayıtmasına verdiyi qərardan şikayət etdi

Digər
Bu gün, 13:57

Merab Dvalişvili Usman Nurməhəmmədovun azad buraxılmasını istədi

Digər
Bu gün, 13:37

Rahilə Hüseynzadə: Qızıl medal hədəfi ilə ağırlıqqaldırmada qarşılaşdığı dəstək çatışmazlığı

Futbol
Bu gün, 13:36

AFFA prezidenti Lixtenşteyn üzərində qələbə münasibətilə milli komandayı təbrik edib;

Futbol
Bu gün, 13:30

Portuqaliyalı futbolçulardan ən çox qazanən beş oyunçu

Futbol
Bu gün, 13:26

Roma azarkeşləri prezident Lotitonun rəhbərliyi ilə münaqişə səbəbindən ev oyunlarını boykot edir

Futbol
Bu gün, 13:00

Rikardo Fernandeş: Şamaxının performansı üçün daha artığı hədəflənir

Şahmat
Bu gün, 12:57

Baş məşqçi, Avropa çempionatındakı şahmatçıların çıxışını yüksək qiymətləndirdi

Futbol
Bu gün, 12:37

Mançester Yunayted Vinisius Juniorun transferini planlaşdırır

Futbol
Bu gün, 12:30

ESPN tərəfindən təyin edilən Dünyanın 10 ən yaxşı futbolçusu reytinqi açıqlanıb

Olimpiada
Bu gün, 12:17

Azərbaycanın yeniyetmələrin Yay Olimpiya Oyunlarında son 12 ildə ən yaxşı nəticə göstərildi

Futbol
Bu gün, 12:00

Braziliya və Argentina U‑20 komandalarının Azərbaycan‑Özbəkistan çempionatı üçün vəsiqə mübarizəsi çətinləşir

Futbol
Bu gün, 11:30

UEFA Millətlər Liqası V turunun bu günkü oyunları

Futbol
Bu gün, 10:57

Enzo Fernandes: Argentina Uruguay qarşı 1:2 məğlubiyyət yaşadı, iki təsadüfi qol vuruldu

Futbol
Bu gün, 10:30

Real Madrid 19 yaşlı yarımmüdafiəçini UD Logroñes-dən qəbulu

Futbol
Bu gün, 10:17

Məhəmməd Salah Misir millisinin tarixində rekordlu bombardir oldu

Basketbol
Bu gün, 10:10

VII. Turda "Sabah" və "Neftçi" Milli Gimnastika Arenasında qarşı-qarşıya;

Futbol
Bu gün, 10:00

AFFA rəsmisi: Belə qələbələr millimizin özünəinamını artırır

Futbol
Bu gün, 09:56

Portuqaliya Danimarka ilə UEFA Millətlər Liqası pley-offında, Norveç Uelsi qəbul edəcək

Oxşar xəbərlər