top
Falaye Sako: Hər matça eyni ciddiyyətlə hazırlaşırıq - MÜSAHİBƏ Idman.biz
06 may 2026, 12:42
- ↺ +

Falaye Sako: "Hər matça eyni ciddiyyətlə hazırlaşırıq" - MÜSAHİBƏ

"Hər məşqçinin öz futbol baxışı var və hamısına hörmətlə yanaşıram".

Bunu "Neftçi"nin malili futbolçusu Falaye Sako Misli Premyer Liqasının 30-cu turunda "Karvan-Yevlax" üzərində 3:0 hesablı qələbədən sonra futbolinfo.az-a verdiyi müsahibədə deyib.

Həmin müsahibəni təqdim edirik.

– Səfərdə 3 xal qazandığınız qarşılaşma ilə bağlı fikirləriniz…

– Əvvəlcədən çətin olacağını bilirdik. Belə meydançada çıxış etmək asan deyil. Hər görüşə final kimi yanaşırıq və maksimum nəticə qazanmaq bizim üçün çox vacibdir.

– Baş məşqçiniz qeyd etdi ki, "Qarabağ"la oyundan sonra futbolçularda böyük emosiyalar yaranmışdı. Nəzərə alaq ki, hər iki tərəfə xal lazım idi. Bu oyuna necə hazırlaşmışdınız?

– İnanın ki, rəqibin kimliyi və turnir cədvəlindəki mövqeyi bizim üçün fərq etmir. Hər matça eyni ciddiyyətlə hazırlaşırıq. Məşqçi heyəti də bizi bu istiqamətdə hazırlayır, oyunu təhlil edirik. Çünki hər qarşılaşma önəmlidir. Xal itkisi bizə baha başa gələ bilər. Buna görə də yuxarı pillədə qərarlaşan və ya autsayder fərqi qoymadan hamıdan xal almağa çalışırıq.

– Yuri Vernidubun gəlişinə qədər çoxları "Neftçi"nin avrokubok şanslarının bitdiyini düşünürdü. İndi isə komanda Avropaya vəsiqənin bir addımlığındadır. Bunu necə izah edərdiniz?

– Hər məşqçinin öz futbol baxışı var və hamısına hörmətlə yanaşıram. Vernidub gəldi, amma bu o demək deyil ki, ondan əvvəlki məşqçi zəif idi. Eyni heyətlə davam edirik. Sadəcə, Samir Abasovun da dediyi kimi, həmin dövrdə uğur bizdən uzaq idi, işlər istədiyimiz kimi getmirdi və nəticə qazana bilmirdik. Vernidub gəldi, müəyyən dəyişikliklər etdi və "Neftçi" eyni oyunçularla uğur qazandı.

– "Sabah" ölkə kubokunu qazansa, "Neftçi" avrokuboklara vəsiqə qazanmaq şansı əldə edəcək. "Palms Sport Arena"da keçiriləcək final görüşündə kimi dəstəkləyəcəksiniz?

– Final asan olmayacaq. Hər iki tərəf qalib gəlmək istəyəcək. Biz də komanda olaraq "Sabah"ın qələbəsini arzulayırıq ki, mövsümü dördüncü pillədə bitirib Avropaya vəsiqə qazanaq. Bir oyundan ibarət olduğu üçün çox gərgin final izləyəcəyik.

– "Qarabağ" matçından əvvəl baş məşqçi ilə aranızda problem olduğu iddia edilirdi. Bu, nə dərəcədə doğrudur?

– İnanın ki, mənim nə məşqçi ilə, nə də başqa biri ilə problemim var. Bu cür sözlərin haradan çıxdığını bilmirəm. Amma belə bir şey yoxdur.

– Son oyunlarda performansınız diqqət çəkir. Növbəti mövsüm "Neftçi" ilə yola davam edəcəyinizi demək doğru olar?

– Mənim hazırda "Neftçi" ilə müqaviləm var. Gələcəklə bağlı nə olacağını zaman göstərəcək. Hamısı Allahın işidir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Oxşar xəbərlər