top
Cesse Sekidika: Zədələr, Kubok Finalı və Çempionlar Liqası Ümidləri - MÜSAHİBƏ Idman.biz
07 may 2026, 10:38
- ↺ +

Cesse Sekidika: Zədələr, Kubok Finalı və Çempionlar Liqası Ümidləri - MÜSAHİBƏ

"Mövsümün əvvəlində zədə problemlərim oldu və bu, ritm tapmağımı, stabil çıxış etməyimi çətinləşdirdi".

Bunu "Sabah"ın nigeriyalı futbolçusu Cesse Sekidika futbolinfo.az verdiyi müsahibədə deyib.

Həmin müsahibəni təqdim edirik.

– Çempionatdakı son üç oyunda "Kəpəz", "Neftçi" və "Turan Tovuz"la qarşılaşacaqsınız. Artıq sizin üçün formal xarakter daşıyan bu matçlarda da məqsəd mütləq qələbə qazanmaq olacaq, yoxsa futbolçular ilk növbədə böyük güc sərf etməməyə, özlərini zədədən qorumağa çalışacaqlar?

– Bu səviyyədə hər oyun önəmlidir. Biz klubu, azarkeşləri və özümüzü təmsil edirik, ona görə də yanaşma dəyişmir – hər matça qələbə üçün çıxırıq. Əlbəttə, qarşıda vacib final oyunu olduğu üçün formada qalmaq da önəmlidir, amma komandanın standartı eyni qalır.

– Liqa matçları ilə müqayisədə Azərbaycan Kubokunun finalında "Zirə" ilə keçirəcəyiniz qarşılaşma sizin üçün böyük əhəmiyyət kəsb edəcək. Ardıcıl 2-ci dəfə kuboku götürə və mövsümü "qızıl dubl" ilə tamamlaya biləcəksiniz?

– Kubokun finalı bizim üçün çox önəmlidir. Çempionluq böyük uğur idi, amma biz daha çoxunu istəyirik. "Zirə"nin güclü və yaxşı təşkil olunmuş komanda olduğunu bilirik, ona görə də asan olmayacaq. Amma öz keyfiyyətimizə və mentalitetimizə inanırıq. Ən yaxşı oyunumuzu sərgiləsək, mövsümü "qızıl dubl"la başa vura bilərik.

– Adətən əsas heyətdə yer almır, sonradan meydana buraxılırsınız. Bunun səbəbini nədə görürsünüz? Az oynamağınız yayda komandadan ayrılmağınıza səbəb ola bilərmi?

– Mövsümün əvvəlində zədə problemlərim oldu və bu, ritm tapmağımı, stabil çıxış etməyimi çətinləşdirdi. Heyəti baş məşqçi müəyyənləşdirir, onun qərarına hörmətlə yanaşmalıyıq. Bu, futbolun bir parçasıdır. Düzü, hazırda bütün diqqətimi mövsümü güclü başa vurmaq və komandaya maksimum fayda verməyə yönəltmişəm.

– "Sabah" Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək. "Qarabağ"ın Avropadakı möhtəşəm uğurlarından sonra azarkeşlər komandanıza qarşı da tələbkar olacaqlar. Sizcə, "Sabah" "Qarabağ"ın ÇL-dəki uğurunu təkrarlaya biləcək?

– "Qarabağ" Azərbaycan futbolunu Avropada çox yüksək səviyyədə təmsil edib və buna görə böyük hörmətə layiqdir. "Sabah" üçün isə bu, yeni çağırış və böyük fürsətdir. İnanıram ki, komandamız Avropada da yaxşı nəticələr qazanacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Oxşar xəbərlər