top
Ağasəlim Mircavadov “Zirə”nin avrokubok oyununa dair fikirlərini bölüşüb Sport24.az
08 iyul 2026, 16:00
- ↺ +

Ağasəlim Mircavadov “Zirə”nin avrokubok oyununa dair fikirlərini bölüşüb

"Zirə"nin yay toplanışındakı oyunlarını izləməmişəm. Buna baxmayaraq, qəsəbə təmsilçisinin uğurlu nəticə qazanacağına inam böyükdür. Rəqib "Torpedo" Gürcüstanın köklü və ənənələri olan klublarından biridir". Bu sözləri Sport24.az-a Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssis "Zirə"nin Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstan təmsilçisi "Torpedo" ilə oyunundan gözləntilərini bölüşüb:

"Bu komanda son illərdə mütəmadi olaraq avrokuboklarda çıxış edir və demək olar ki, hər mövsüm ən azı bir-iki mərhələ keçməyi bacarır. Belə təcrübəyə malik rəqiblə qarşılaşmaq heç vaxt asan olmur. Üstəlik, "Torpedo" bu mövsüm də iddialı görünür və ölkə Superkubokunun son qalibi kimi matça yüksək əhval-ruhiyyədə çıxacaq. Bu amil futbolçuların özünəinamına müsbət təsir göstərir. İlk oyunun vətəndə keçirilməsi "Zirə" üçün ciddi üstünlükdür. Evdə azarkeş dəstəyi və tanış şərait komandanın daha rahat futbol sərgiləməsinə kömək edə bilər. Fikrimcə, "Zirə" ilk qarşılaşmada üstünlüyü ələ almağa çalışmalıdır. Təbii ki, hər matçda bolqollu qələbə qazanmaq mümkün olmur. Amma cavab oyunu öncəsi rahat üstünlük əldə etmək komandanın işini xeyli asanlaşdırar. Əks halda, Gürcüstanda keçiriləcək cavab görüşündə həm rəqib azarkeşlərinin təzyiqi, həm də meydan amili əlavə çətinlik yaradacaq. Azərbaycanda fasilə olduğu halda, Gürcüstanda çempionatı davam edir. Bu da rəqibin oyun təcrübəsi baxımından üstün vəziyyətdə olduğunu göstərir. "Zirə"nin futbolçuları isə müəyyən mənada oyun ritmindən uzaq qalıblar. Belə qarşılaşmalarda nəticəni çox vaxt xarakter, əzmkarlıq və düzgün oyun planı müəyyənləşdirir".

Qeyd edək ki, qarşılaşma bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 20:00-da start götürəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:20

Londona yollanan "Şaxtyor"un məşqçilər korpusunu və 8 futbolçunu Polşa ilə sərhəddə saxladılar

Futbol
Bu gün, 11:13

İspaniyada “Barselona”nın Bakıda necə qarşılandığından yazdılar - İDMAN.BİZ-in İCMALI + VİDEO

Futbol
Bu gün, 11:10

“Yuventus” bu futbolçuya elçi düşdü

Digər
Bu gün, 11:04

Rusiya idmançılarına qarşı yeni sanksiyalar

Futbol
Bu gün, 11:00

"Neftçi"nin ukraynalısı: “Hazırkı heyət daha yaxşı balanslaşdırılıb"

Futbol
Bu gün, 10:59

“Şirvan”ın baş məşqçisi: “İkinci Liqadakı hakimlik çox bərbaddır”

Futbol
Bu gün, 10:54

“Turan Tovuz”dan “Kəpəz”lə oyun öncəsi maraqlı video - VİDEO

Cüdo
Bu gün, 10:54

Azərbaycan Cüdo Federasiyası yeni imic filmini təqdim edib - VİDEO

Qarabağ FK
Bu gün, 10:47

“Ən sevindirici məqam ailələrin, xanımların, yaşlıların komandamıza dəstək olmasıdır”

Futbol
Bu gün, 10:45

Karlos Alos Ferrer: Sabahın qapıçısı Stas Pokatilov üçün Barselona qarşısında oyun çətin olacaq

Futbol
Bu gün, 10:44

“Şaxtyor” ev oyunlarını Türkiyədə keçirə bilər – Arda Turan amili

Qarabağ FK
Bu gün, 10:40

Qəbələnin çətin vəziyyəti – bu da müvəqqəti

Futbol
Bu gün, 10:37

“Latsio” Qattuzonun işindən razıdır yeni müqavilə təklif etməyə hazırlaşır

Futbol
Bu gün, 10:35

UEFA İspaniya-İngiltərə matçında irqçi davranışa görə İngiltərə Futbol Assosiasiyasına 15 min avro cərimə verdi

Futbol
Bu gün, 10:30

“Bu, sprint deyil, marafondur”

Futbol
Bu gün, 10:25

Luis Enrike Dembelenin “Roma” ilə oyunda əsas heyətdə başlamasına qarşı çıxdı

Futbol
Bu gün, 10:25

“Mançester Yunayted” transfer büdcəsini azaltdı

Futbol
Bu gün, 10:22

Vaqif Sadıqov “Sabah” - “Barselona” oyunu ilə bağlı fikirlərini açıqladı

Basketbol
Bu gün, 10:21

Alperen Şengündən 20 xal, “Hyuston”dan qələbə – NBA-da günün nəticələri

Futbol
Bu gün, 10:20

“Qorxulu güc kimi görünmürlər - İndi ön plana başqaları çıxır”

Futbol
Bu gün, 10:20

Tottenham, 18 yaşlı istedadın müqavilə uzatmasına qərar verdi: Çelsi və Borussia məyus

Futbol
Bu gün, 10:10

2035-ci il dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşdi

Basketbol
Bu gün, 10:08

“Ordu” basketbol komandasının baş məşqçisi ilk dövrənin nəticəsindən narazıdır

Futbol
Bu gün, 10:00

“Barselona” Fermin Lopesin cəzasına etiraz edəcək

Oxşar xəbərlər