top
AFFA və Özbəkistan futbol sahəsində əməkdaşlığı genişləndirmək üçün birgə fəaliyyət imkanlarını müzakirə edib Idman.biz
08 may 2026, 14:37
- ↺ +

AFFA və Özbəkistan futbol sahəsində əməkdaşlığı genişləndirmək üçün birgə fəaliyyət imkanlarını müzakirə edib

AFFA rəsmiləri Özbəkistana işgüzar səfər çərçivəsində birgə fəaliyyət imkanlarını müzakirə ediblər.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətinin tərkibində AFFA-nın baş katibinin müşaviri Orxan Həsənov, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov, Hakimlər Departamentinin rəhbəri Bəhruz Teymurov və İnformasiya Texnologiyaları və Rəqəmsallaşma Departamentinin rəhbəri Rəhim Balakişiyev yer alıblar.

Onlar yerli futbol infrastrukturu və yaradılmış şəraitlə yaxından tanış olub, həmçinin müxtəlif istiqamətlər üzrə yerli mütəxəssislərlə bir sıra görüşlər keçirib, fikir mübadilələri aparıblar.

Səfər çərçivəsində Özbəkistan Futbol Assosiasiyasının birinci vitse-prezidenti Rövşən İrmatov Azərbaycan nümayəndə heyəti ilə görüşüb. İki ölkənin futbol qurumları arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və futbolun müxtəlif istiqamətləri üzrə birgə fəaliyyət imkanları müzakirə olunub. Xüsusilə hakimlik sisteminin inkişafı, gənc hakimlərin hazırlanması və onların peşəkar səviyyəsinin artırılması məsələlərinə diqqət yetirilib.

Bununla yanaşı, futbolun rəqəmsallaşdırılması, müasir İT həllərinin tətbiqi, məlumat bazalarının idarə olunması və uşaq-gənclər futbolunun inkişafı istiqamətində fikir mübadiləsi aparılıb. Görüşün sonunda tərəflər əməkdaşlığın daha da gücləndirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, 2027-ci ildə U-20 dünya çempionatı Azərbaycan və Özbəkistanda təşkil olunacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Oxşar xəbərlər