top
Mixail Malkin: “Nankin şəhərində keçirilən dünya çempionatında komanda hesabında ardıcıl üçüncü dəfə qalib gəlmək böyük qürurdur” Idman.biz
Bu gün, 17:32
- ↺ +

Mixail Malkin: “Nankin şəhərində keçirilən dünya çempionatında komanda hesabında ardıcıl üçüncü dəfə qalib gəlmək böyük qürurdur”

"Komanda hesabında ardıcıl üçüncü dəfə dünya çempionu olmaq, əlbəttə, çox sevindiricidir. Dünya çempionu olmaq çətindir, amma bu uğuru ildən-ilə təkrarlamaq daha böyük nailiyyətdir. Gələcəkdə komanda hesabında dördqat dünya çempionu olmağı hədəfləyirik".

Bu sözləri tamblinq üzrə Azərbaycan millisinin üzvü Mixail Malkin Çinin Nankin şəhərində keçirilən dünya çempionatında qazanılan uğuru şərh edərkən deyib.

İdmançı titulu qoruyub-saxlamağın asan olmadığını vurğulayıb.

"Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Əslində, bu il Avropa çempionatında da qalib gəlməyi planlaşdırırdıq. Lakin orada gümüş medalla kifayətləndik. Buna baxmayaraq, dünya çempionatında Azərbaycan komandasının ardıcıl üçüncü dəfə ən güclü olduğunu sübut etdik. Bu qələbəyə görə çox sevinirik. Hisslərimi sözlə ifadə etmək çətindir, bunu yaşamaq lazımdır. Bildiyim qədərilə, tarixdə belə nəticəyə imza atan komanda olmayıb. Çalışacağıq ki, yeni tarix yazaq", - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

M.Malkin komanda yarışlarında məsuliyyətin daha böyük olmasına baxmayaraq, özünü rahat hiss etdiyini deyib:

"Həmişə sakit çıxış edirəm. Halbuki burada məsuliyyət fərdi yarışlarla müqayisədə daha böyükdür. Çünki təkcə özünə deyil, bütün komandaya görə cavabdehlik daşıyırsan. Bu da müəyyən mənada əlavə təzyiq yaradır. Buna baxmayaraq, mənə komanda yarışlarında çıxış etmək nədənsə daha rahat gəlir".

İdmançı dünya çempionatından bir həftə əvvəl zədələndiyini və bunun fərdi çıxışına mənfi təsir göstərdiyini bildirib:

"Dünya çempionatına bir həftə qalmış məşq zamanı baldır nahiyəmdən zədə aldım. Əzələdə dartılma və qismən yırtılma baş vermişdi. Maqnit-rezonans tomoqrafiyasından (MRT) keçdim və həkimlə məsləhətləşdim. Yarışdan əvvəl beş gün istirahət etdim ki, ayağımı çox yükləməyim. Lakin Nankinə çatanda gördüm ki, ayağım əvvəlki vəziyyətinə qayıtmayıb. Bununla belə, yarışdan imtina etmək mümkün deyildi. Çünki komandaya görə də məsuliyyət daşıyırdım və yoldaşlarımı yarı yolda qoymaq istəmirdim. Çətin də olsa, çıxışımı etdim və yaxşı ki, komandamız qalib gəldi. Sonuncu gün isə ayağım artıq tab gətirmirdi. Komanda və fərdi yarışlarda çoxsaylı tullanışlar etmişdim. Aldığım zədə isə çıxışıma ciddi təsir göstərirdi. Qələbə qazanmağı planlaşdırırdım. Lakin zədə mənə mane oldu və istədiyim kimi çıxış edə bilmədim. Düşünürəm ki, zədəm olmasaydı, nəticə daha yaxşı ola bilərdi".

M.Malkin hazırda bərpa prosesi keçdiyini, həkimlərin ona bir müddət istirahət etməyi tövsiyə etdiyini söyləyib:

"Hazırda müalicə alıram, fizioterapiya prosedurlarından keçirəm. Həkim ən azı 3-4 həftə istirahət etməyi və ayağımı gücə salmamağı tövsiyə edib. Bu müddətdən sonra yenidən məşqlərə başlayacağam".

İdmançı Nankinə ilk dəfə səfər etdiyini, şəhərin onda xoş təəssüratlar oyatdığını bildirib. O, yarışın təşkilatçılığını, idman arenasını və ümumi atmosferi də bəyəndiyini deyib.

Gələcək planlarından danışan M.Malkin 2027-ci il may ayının sonunda Bakıda keçiriləcək Dünya Kubokuna, eləcə də Bolqarıstanın Sofiya şəhərində təşkil olunacaq dünya çempionatına hazırlaşacağını bildirib:

"Yeni ildən etibarən məşqlərə başlamağı planlaşdırıram. Mayın sonunda Bakıda keçiriləcək Dünya Kubokuna qədər özümü ideal formada saxlamaq və orada yaxşı proqram nümayiş etdirmək istəyirəm. Həmçinin 2027-ci ilin noyabrında Bolqarıstanın Sofiya şəhərində keçiriləcək dünya çempionatına hazırlaşacağıq. Həmin yarışda komanda hesabında dördüncü dəfə dünya çempionu olmaq istəyirik. Bununla yanaşı, fərdi yarışlarda uğurlu çıxış etməyi hədəfləyirəm".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:40

Mbappé'ye qarşı ırkçı təhqir edən azarkeş 11 ay hapisə məhkum edildi

Futbol
Bu gün, 17:37

Neymar, Vinisius Júniorun keçmiş sevgilisi ilə münasibəti barədə şayiələri təkzib etdi

Futbol
Bu gün, 17:21

Braziliya yığması yoldaşlıq matçında Sinqapuru 7:0 hesabla məğlub etdi.

Futbol
Bu gün, 17:20

Eşqin Əhmədovun Andorra ilə oyunda debütü və qolu barədə keçmiş məşqçisi Famil Xəlilovdan açıqlama

Futbol
Bu gün, 17:20

Timmi Simons 'Genk'in yeni baş məşqçisi təyin edildi

Futbol
Bu gün, 17:11

Alberto Fernandes zədədən sağalaraq Araz-Naxçıvanın məşqlərinə qayıtdı

Futbol
Bu gün, 17:00

Zaur Ramazanov: Ayxana vaxt vermək lazımdır, sehrli çubuğu yoxdur

Futbol
Bu gün, 16:56

Qazaxıstan Futbol Federasiyası niderlandlı baş məşqçi ilə yollarını ayırır

Futbol
Bu gün, 16:40

Bavariya 21 yaşlı qapıçı Robin Risser üçün Lens ilə ilkin danışıqlara başladı

Digər
Bu gün, 16:11

Sima Səfərova Everestə qalxma imkanı təqaüdə dönəndə yeni zirvələri öz hesabına fəth etməyə davam etdiyi barədə danışıb

Futbol
Bu gün, 16:00

Eyden Makkarti: Sabahın transferində çətinlikləri aşdı

Futbol
Bu gün, 15:55

Braziliya Sinqapur 7-0-ə məğlub, Vinicius Junior het-trik vurdu

Futbol
Bu gün, 15:50

Azərbaycan U-17 milli komandası Litvanın yığması ilə 1:1 bitirdi

Futbol
Bu gün, 15:41

Robert Prosineçkinin “Sabah”ın UEFA Çempionlar Liqasındakı şansları barədə açıqlamaları

Futbol
Bu gün, 15:13

Emin Mustafayev: U-19 millisinin böyük hesabla uduzmasının səbəbi oyunun 50-60 dəqiqəsindən sonra gücün tükənməsidir

Futbol
Bu gün, 15:11

Şirvanın baş məşqçisi Pərviz Bayramov Ağaş üzərində 5:0-luk qələbəni, stadionların bərbad vəziyyətini və birinci dövrənin yekunlarını şərh etdi

Futbol
Bu gün, 15:04

Adil Şükurov Gürcüstan səfərində Dinamo ilə əməkdaşlıq müzakirə edib

Futbol
Bu gün, 15:00

Qalatasaray məşhur futbolçu Sergey Milinković‑Saviçi transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 15:00

“Sumqayıt” “Sabah” ilə qarşılaşmaya iki itki ilə çıxacaq

Cüdo
Bu gün, 14:41

Hikmət Hacıyev 2026 WAKO Avropa çempionatında ikincə dəfə “Ən yaxşı məşqçi” mükafatına layiq görüldü

Basketbol
Bu gün, 14:40

Azərbaycan qadın milli komandası Islandiyaya qarşı oynayacaq

Voleybol
Bu gün, 14:38

Faiq Qarayev U-16 qadın voleybol yığmasının üzvləri ilə görüşüb

Qarabağ FK
Bu gün, 14:26

Veteran futbolçu Slavko Georgiyevski: “Neftçi bu sürətlə davam etsə, mütləq çempion olacaq”

Oxşar xəbərlər