"Bakı - Dünya İdman Paytaxtı 2026" tədbirləri çərçivəsində Bakıda, "Sea Breeze" ərazisində yerləşən "The Grand Hall"da "Türk dünyası - 2026" beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib.
İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan İdman Rəqsləri Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstandan olan rəqqaslar iştirak ediblər.
Tədbirdə nazir Fərid Qayıbov və federasiya prezidenti Əli Həşimli çıxış ediblər.
Müsabiqə çərçivəsində iştirakçılar samba, ça-ça-ça, rumba, paso doble və cive rəqs növləri üzrə bacarıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, sonda qaliblər mükafatlandırılıb.