Qazaxıstan Futbol Federasiyası (QFF) niderlandlı mütəxəssis Con vant Şkip ilə müqaviləni uzatmamaq qərarına gəlib.
İdman.Biz xəbər verir ki, bu barədə QFF-nin baş katibi Skott Mann məlumat verib.
"Conun müqaviləsi bu həftənin sonunda başa çatır. Onunla əməkdaşlığı davam etdirməyi planlaşdırmırıq", – deyə Mann bildirib.
Bundan sonra federasiya AVRO-2028-in seçmə mərhələsində milli komandaya rəhbərlik edəcək yeni baş məşqçinin axtarışına başlayacaq. QFF gələcək çalışdırıcı ilə uzunmüddətli əməkdaşlıq qurmağı planlaşdırır.
Qeyd edək ki, Con vant Şkip 2026-cı ilin avqustunda Qazaxıstan millisinin baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda Millətlər Liqasında altı oyun keçirib, qələbə qazana bilməyib və üç xalla qrupda sonuncu yeri tutub.