Azərbaycanı EHF Avropa Kubokunda təmsil edən qadın həndbolçulardan ibarət "Kür" avrokuboklardakı çıxışını başa vurub. Sport24.az xəbər verir ki, turnirin 3-cü təsnifat mərhələsinin cavab oyununda Şimali Makedoniyanın "WHC Çair" kollektivi ilə qarşılaşan təmsilçimiz rəqibinə 21:32 hesabı ilə məğlub olub.
Səfərdə baş tutan ilk matçda da 24:27 hesabıyla uduzan Azərbaycan klubu iki oyunun nəticəsinə əsasən avrokubokla vidalaşıb.
Xatırladaq ki, "Kür" daha əvvəl 2-ci raundda Kiprin APOEL klubunu (40:18, 39:13) üstələyərək bu mərhələyə yüksəlmişdi.