Azərbaycanın yeniyetmə və gənclərdən ibarət kikboksinq üzrə milli komandasının baş məşqçisi, Əməkdar məşqçi və Prezident mükafatçısı Hikmət Hacıyev növbəti uğura imza atıb.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə baş məşqçinin özü məlumat verib.
Bildirilib ki, o, Şimali Makedoniyanın Skopye şəhərində keçirilən 2026-cı il WAKO Avropa çempionatında ikinci dəfə "Ən yaxşı məşqçi" mükafatına layiq görülüb.
Qeyd edək ki, mükafat Hacıyevə WAKO Avropanın prezidenti Espen Lund tərəfindən təqdim olunub.