top
Eşqin Əhmədovun Andorra ilə oyunda debütü və qolu barədə keçmiş məşqçisi Famil Xəlilovdan açıqlama Idman.biz
Bu gün, 17:20
- ↺ +

Eşqin Əhmədovun Andorra ilə oyunda debütü və qolu barədə keçmiş məşqçisi Famil Xəlilovdan açıqlama

Futbol üzrə Azərbaycan millisinin gənc üzvü Eşqin Əhmədov Andorra ilə yoldaşlıq oyununda (3:1) əsas yığmada debüt edib. 21 yaşlı yarımmüdafiəçi ilk oyununda qol vurmaqla da diqqət çəkib.

İdman.Biz bu münasibətlə hazırda Azərbaycan U-16 millisinin baş məşqçisi olan, vaxtilə Qəbələ Futbol Akademiyasında Eşqinin məşqçisi kimi çalışan Famil Xəlilovla əlaqə saxlayıb.

Mütəxəssis futbolçunun 2016-cı ildən Qəbələ Futbol Akademiyasında məşq etdiyini, əslən Tovuzdan olduğunu bildirib.

O, yetirməsinin fiziki göstəricilərindən, sürətindən və dözümlülüyündən danışıb.

"Eşqin fiziki göstəricilərinə görə seçilən futbolçudur. Boyca kiçik olsa da, dözümlülüyü və sürəti yüksək səviyyədədir. Texniki bacarıqları da ona müasir cinah müdafiəçisinin əsas xüsusiyyətlərini özündə birləşdirməyə imkan verir. Eşqin nizam-intizamlı, məsuliyyətli və məşqlərə ciddi yanaşan futbolçudur.

Onun cəsarətli və mübariz xarakterini xüsusi qeyd etmək istərdim. Bu xüsusiyyətləri ona həm hücumlarda, həm də müdafiəyə keçidlərdə fəal iştirak etməyə imkan verir.

Eşqinin xarakteri haqqında da ayrıca danışmaq istərdim. O, istər məşqlərdə, istərsə də oyunlarda hər zaman yüksək motivasiya ilə çalışır. Pozitiv enerjisi ilə ətrafındakı insanlara müsbət təsir göstərir. Komanda yoldaşları, məşqçilər və ətrafındakı insanlar tərəfindən sevilir. Məncə, onun futbolçu kimi inkişafında bu xarakter xüsusiyyətlərinin də mühüm rolu var" - deyə uzun illər Eşqinin məşqçisi olmuş Famil Xəlilov bildirib.

Qeyd edək ki, Andorra ilə oyundan sonra Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov da Eşqin Əhmədovun çıxışını müsbət qiymətləndirib. O, futbolçunun inkişafında Qəbələ klubunun rolunu xüsusi vurğulayaraq, ona güvənən və əsas heyətdə mütəmadi oyun şansı verən klub rəhbərliyinə minnətdarlığını bildirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:21

Braziliya yığması yoldaşlıq matçında Sinqapuru 7:0 hesabla məğlub etdi.

Futbol
Bu gün, 17:20

Timmi Simons 'Genk'in yeni baş məşqçisi təyin edildi

Futbol
Bu gün, 17:11

Alberto Fernandes zədədən sağalaraq Araz-Naxçıvanın məşqlərinə qayıtdı

Futbol
Bu gün, 17:00

Zaur Ramazanov: Ayxana vaxt vermək lazımdır, sehrli çubuğu yoxdur

Futbol
Bu gün, 16:56

Qazaxıstan Futbol Federasiyası niderlandlı baş məşqçi ilə yollarını ayırır

Futbol
Bu gün, 16:40

Bavariya 21 yaşlı qapıçı Robin Risser üçün Lens ilə ilkin danışıqlara başladı

Digər
Bu gün, 16:11

Sima Səfərova Everestə qalxma imkanı təqaüdə dönəndə yeni zirvələri öz hesabına fəth etməyə davam etdiyi barədə danışıb

Futbol
Bu gün, 16:00

Eyden Makkarti: Sabahın transferində çətinlikləri aşdı

Futbol
Bu gün, 15:55

Braziliya Sinqapur 7-0-ə məğlub, Vinicius Junior het-trik vurdu

Futbol
Bu gün, 15:50

Azərbaycan U-17 milli komandası Litvanın yığması ilə 1:1 bitirdi

Futbol
Bu gün, 15:41

Robert Prosineçkinin “Sabah”ın UEFA Çempionlar Liqasındakı şansları barədə açıqlamaları

Futbol
Bu gün, 15:13

Emin Mustafayev: U-19 millisinin böyük hesabla uduzmasının səbəbi oyunun 50-60 dəqiqəsindən sonra gücün tükənməsidir

Futbol
Bu gün, 15:11

Şirvanın baş məşqçisi Pərviz Bayramov Ağaş üzərində 5:0-luk qələbəni, stadionların bərbad vəziyyətini və birinci dövrənin yekunlarını şərh etdi

Futbol
Bu gün, 15:04

Adil Şükurov Gürcüstan səfərində Dinamo ilə əməkdaşlıq müzakirə edib

Futbol
Bu gün, 15:00

Qalatasaray məşhur futbolçu Sergey Milinković‑Saviçi transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 15:00

“Sumqayıt” “Sabah” ilə qarşılaşmaya iki itki ilə çıxacaq

Cüdo
Bu gün, 14:41

Hikmət Hacıyev 2026 WAKO Avropa çempionatında ikincə dəfə “Ən yaxşı məşqçi” mükafatına layiq görüldü

Basketbol
Bu gün, 14:40

Azərbaycan qadın milli komandası Islandiyaya qarşı oynayacaq

Voleybol
Bu gün, 14:38

Faiq Qarayev U-16 qadın voleybol yığmasının üzvləri ilə görüşüb

Qarabağ FK
Bu gün, 14:26

Veteran futbolçu Slavko Georgiyevski: “Neftçi bu sürətlə davam etsə, mütləq çempion olacaq”

Qarabağ FK
Bu gün, 14:20

“Qarabağın Gəncədəki oyunu 22 noyabr saat 17:00‑da baş tutacaq”

Şahmat
Bu gün, 13:50

Azərbaycanın iki şahmatçısı Venesuelada U-20 Dünya Çempionatında iştirak edəcək

Futbol
Bu gün, 13:49

Artur Vixnyarek Timoteuş Puxaçın milli komanda seçimində ədalətsiz münasibətə tənqid etdi

Oxşar xəbərlər