"Araz-Naxçıvan"ın zədəsi sağalan futbolçusu Alberto Fernandes məşqlərə başlayıb.
İdman.Biz xəbər verir ki, bu barədə "Araz-Naxçıvan" Peşəkar Futbol Klubundan məlumat verilib.
Komandanın digər üzvü olan Mustafa Əhmədzadə fərdi olaraq fiziki hazırlıq üzrə məşqçinin tapşırıqlarını icra edib.
Azərbaycan millisinin düşərgəsində olan Ağadadaş Salyanski isə kollektivə sabah qoşulacaq.