top
Azərbaycan qılıncoynadanı: Dünya Kubokunda gözlədiyimdən yaxşı çıxış etdim Report.az
11 mart 2025, 12:01
- ↺ +

Azərbaycan qılıncoynadanı: "Dünya Kubokunda gözlədiyimdən yaxşı çıxış etdim"

Sablyaçıların şəxsi yarışında gözlədiyimdən yaxşı çıxış etdim.

Bunu "Report"a açıqlamasında Azərbaycan qılıncoynadanı Anna Başta Yunanıstanın Heraklion şəhərində keçirilən Dünya Kuboku ilə bağlı danışarkən deyib.

28 yaşlı idmançı Paris-2024 Yay Olimpiya Oyunlarından sonra ilk dəfə beynəlxalq turnirə qatıldığını xatırladıb:

"Bu yarışa yaxşı hazırlaşmışdım. 200-dən çox iştirakçı arasında 12-ci oldum. Halbuki uzun müddətdən sonra qatıldığım turnirdə məqsəd yenidən rəqabəti hiss etmək, gücümü yoxlamaq idi. Qrupda 6 görüşün 5-də qələbə qazandım. Bu nəticə mənə birbaşa əsas mərhələyə yüksəlmək üçün kifayət etdi. Ən güclü "64-lük"də 3 görüş keçirdim. Ən güclü "səkkizliy"ə yüksəlmək üçün keçirilən qarşılaşmada uduzdum. Uzun müddətdən sonra qatıldığım ilk beynəlxalq turnirdə göstərdiyim nəticədən razıyam".

A.Başta növbəti gün komanda yarışında qüvvələrini sınadıqlarını vurğulayıb:

"Macarıstan millisi ilə qarşılaşmada zədələndim. Hələ ki, zədənin nə qədər davam edəcəyi bəlli deyil. Həkimlə danışmaq imkanım olmayıb. Lakin inanıram ki, zədəmin sağalması uzun çəkməyəcək. Bu dəfə mental və emosional olaraq daha hazırlıqlıyam. Bəlli bir fəaliyyət planı var. Təbii ki, zədələnməyimə görə təəssüflənirəm. Bir çox idmançılar mənə dəstək oldular. Lakin zədə idmanın ayrılmaz hissəsidir və hər bir idmançının başına gələ bilər. Təmkinli olub, səbrlə yenidən yarışlara qayıtmağı gözləməlisən".

Qeyd edək ki, Azərbaycan millisi Dünya Kubokunun komanda yarışında dördüncü yeri tutub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 14:14

Məşhur telekanallar Qətər Qran-prisinə getmir

Futbol
Bu gün, 14:10

Azərbaycan I Liqasının IX turu başlandı: "Baku Sportinq"–"Şahdağ Qusar" və digər oyuncaqlar

Futbol
Bu gün, 14:00

“Sabah”ın ulduz futbolçusu Qazaxıstan klublarına baxmayaraq Avropanı seçdi

Futbol
Bu gün, 13:47

«Beşiktaş» – «Qalatasaray» derbisinin hakimi Oğuzhan Çakır təyin olunub

Futbol
Bu gün, 13:45

Bavariya qapıçısı doğulandan sonra həyat yoldaşını atdı

Futbol
Bu gün, 13:40

"Napoli"nin qapıçısı Aleks Meretin müqavilə danışıqları dalana dirənib

Futbol
Bu gün, 13:35

Avropa Liqası və Konfrans Liqasının bugünkü matçları bu kanallarda canlı yayımda

Futbol
Bu gün, 13:35

İstanbul derbisini FIFA referisi Oğuzhan Çakır idarə edəcək;

Basketbol
Bu gün, 13:31

"Sumqayıt" basketbol komandasının məşqçisi Allahverdi Yusifov: "Hədəfimiz liqa mərhələsini ilk dördlə bitirməkdir"

Futbol
Bu gün, 13:25

Kompani "Bayern"in "Lill"ə məğlubiyyətini şərh etdi

Futbol
Bu gün, 13:22

Hans-Diter Flik Bakıda UEFA Çempionlar Liqasının tarixində yer alıb;

Digər
Bu gün, 13:22

Nigeriyada çövkən üzrə ölkə çempionatında "NSK Farms" komandası qalib gəlib

Futbol
Bu gün, 13:16

Ayxan Abbasovun rəhbərliyi altında Azərbaycan millisi gerçək milli komandaya çevrilir;

Futbol
Bu gün, 13:16

Kriştianu Ronaldunun anası Çempionlar Liqasında "Sportinq"in "Mançester Yunayted"ə qarşı matçını tribunadan izləyib

Güləş
Bu gün, 13:09

Yapon professoru Masamitsu İto Azərbaycan güləş millilərinin məşqçiləri və tibbi personalı üçün seminar keçib

Futbol
Bu gün, 13:00

«Zaqatala»nın baş məşqçisi Rakif Əliyev: «Şimala» 1:4 hesabı ilə uduzmaq məyusedici oldu, amma nəticələrimizi mənfi qiymətləndirmirəm"

Futbol
Bu gün, 13:00

Vaqif Sadiqov:

Tennis
Bu gün, 12:51

İtaliya Devis Kubokunun yarımfinalına yüksəlib — Çexiyla görüşəcək

Basketbol
Bu gün, 12:42

Neftçi basketbol klubu Treyon Ceykobla müqavilə imzaladı

Futbol
Bu gün, 12:34

U-15 dünya çempionatında parlayan şimali irlandiyalı futbolçu Norviç SitiYE keçdi

Futbol
Bu gün, 12:31

Qabriel Jezus Çempionlar Liqasında 28 qolla Rivaldonu və Luis Suaresi geridə qoydu

Futbol
Bu gün, 12:29

Vatsko: "Şaxtyor" rəhbərliyi gələcək baş məşqçi üzrə variantları nəzərdən keçirməlidir

Futbol
Bu gün, 12:26

Litva XİN rəhbəri ‘Sabah’ın baş məşqçisi Dambrauskasa ‘Diplomatiya ulduzu’ mükafatını təqdim edib

Futbol
Bu gün, 12:25

Puxaç “Barselona” məğlubiyyəti barədə danışdı: “Bizə çox sərt davrandılar”

Oxşar xəbərlər