Azərbaycan karateçiləri Çinin Hanjou şəhərində keçirilən "Karate1 Premiyer Liqa"da iki medal qazanıblar. Sport24.az xəbər verir ki, bu barədə Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Nuran Rzazadə (67 kq) və Fərid Ağayev (75 kq) bürünc medal əldə edərək üçüncü yeri tutublar.
Qeyd edək ki, yığma yarışda baş məşqçi Şahin Atamovun rəhbərliyi altında iştirak edib.