top
AMADA rəsmiləri Strasburqda Sport24.az
14 mart 2025, 15:20
- ↺ +

AMADA rəsmiləri Strasburqda

Fransanın Strasburq şəhərində, Avropa Şurasının Agora binasında Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 67-ci iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantıda Avropa ölkələrinin nümayəndələri antidopinq sahəsində aktual məsələləri müzakirə edib, qitənin koordinasiya olunmuş mövqeyini formalaşdırıb və WADA-nın qarşıdakı İcraiyyə Komitəsinin iclasına hazırlıq aparıblar.

 

Toplantı gündəliyin qəbul edilməsi və CAHAMA-nın 66-cı iclasının hesabatının təsdiqlənməsi ilə işə başlayıb. Nümayəndələr gələcək görüşlərin cədvəlini nəzərdən keçirib və Katiblikdən antidopinq sahəsindəki əsas yeniliklər barədə məlumat alıblar. Müzakirələr zamanı strateji prioritetlərə toxunulub, Avropa ölkələrinin qlobal antidopinq siyasətinin formalaşdırılmasındakı birgə rolunun gücləndirilməsi xüsusi vurğulanıb.

 

Mötəbər tədbirdə ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndi heyəti iclasda fəal iştirak edib, müzakirələrə qoşulub və əsas antidopinq strategiyalarının formalaşdırılmasına töhfə verib.

 

İclasın əsas məqamlarından biri CAHAMA-nın rəhbər vəzifələrinə seçkilərin keçirilməsi olub. Belə ki, Fransa İdman Nazirliyinin Etika, dürüstlük və profilaktik siyasətlər bürosunun müavini Amandine Karton sədr, Yunanıstan Milli Antidopinq Agentliyinin rəhbəri Qriqorios Leon sədr müavini, AMADA-nın icraçı direktorunun müavini Rüfət Efendiyev isə gender bərabərliyi üzrə məruzəçi vəzifəsinə seçiliblər. Seçkilər CAHAMA-nın güclü idarəçilik, inklüzivlik və gender bərabərliyinə sadiqliyini bir daha nümayiş etdirir.

 

Xüsusi ixtisaslaşmış bir qurum kimi CAHAMA Avropa Mədəniyyət Konvensiyasına qoşulmuş dövlətlərin antidopinq siyasəti üzrə mövqelərini əlaqələndirmək istiqamətində mühüm rol oynayır. Avropa ölkələrinin vahid mövqeyini təmin etməklə, komitə WADA-nın qərar qəbuletmə prosesində təsir imkanlarını gücləndirir, ədalətli və şəffaf qlobal antidopinq sisteminin inkişafına töhfə verir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:00

“Sabah”ın ulduz futbolçusu Qazaxıstan klublarına baxmayaraq Avropanı seçdi

Futbol
Bu gün, 13:47

«Beşiktaş» – «Qalatasaray» derbisinin hakimi Oğuzhan Çakır təyin olunub

Futbol
Bu gün, 13:45

Bavariya qapıçısı doğulandan sonra həyat yoldaşını atdı

Futbol
Bu gün, 13:40

"Napoli"nin qapıçısı Aleks Meretin müqavilə danışıqları dalana dirənib

Futbol
Bu gün, 13:35

Avropa Liqası və Konfrans Liqasının bugünkü matçları bu kanallarda canlı yayımda

Futbol
Bu gün, 13:35

İstanbul derbisini FIFA referisi Oğuzhan Çakır idarə edəcək;

Basketbol
Bu gün, 13:31

"Sumqayıt" basketbol komandasının məşqçisi Allahverdi Yusifov: "Hədəfimiz liqa mərhələsini ilk dördlə bitirməkdir"

Futbol
Bu gün, 13:25

Kompani "Bayern"in "Lill"ə məğlubiyyətini şərh etdi

Futbol
Bu gün, 13:22

Hans-Diter Flik Bakıda UEFA Çempionlar Liqasının tarixində yer alıb;

Digər
Bu gün, 13:22

Nigeriyada çövkən üzrə ölkə çempionatında "NSK Farms" komandası qalib gəlib

Futbol
Bu gün, 13:16

Ayxan Abbasovun rəhbərliyi altında Azərbaycan millisi gerçək milli komandaya çevrilir;

Futbol
Bu gün, 13:16

Kriştianu Ronaldunun anası Çempionlar Liqasında "Sportinq"in "Mançester Yunayted"ə qarşı matçını tribunadan izləyib

Güləş
Bu gün, 13:09

Yapon professoru Masamitsu İto Azərbaycan güləş millilərinin məşqçiləri və tibbi personalı üçün seminar keçib

Futbol
Bu gün, 13:00

«Zaqatala»nın baş məşqçisi Rakif Əliyev: «Şimala» 1:4 hesabı ilə uduzmaq məyusedici oldu, amma nəticələrimizi mənfi qiymətləndirmirəm"

Futbol
Bu gün, 13:00

Vaqif Sadiqov:

Tennis
Bu gün, 12:51

İtaliya Devis Kubokunun yarımfinalına yüksəlib — Çexiyla görüşəcək

Basketbol
Bu gün, 12:42

Neftçi basketbol klubu Treyon Ceykobla müqavilə imzaladı

Futbol
Bu gün, 12:34

U-15 dünya çempionatında parlayan şimali irlandiyalı futbolçu Norviç SitiYE keçdi

Futbol
Bu gün, 12:31

Qabriel Jezus Çempionlar Liqasında 28 qolla Rivaldonu və Luis Suaresi geridə qoydu

Futbol
Bu gün, 12:29

Vatsko: "Şaxtyor" rəhbərliyi gələcək baş məşqçi üzrə variantları nəzərdən keçirməlidir

Futbol
Bu gün, 12:26

Litva XİN rəhbəri ‘Sabah’ın baş məşqçisi Dambrauskasa ‘Diplomatiya ulduzu’ mükafatını təqdim edib

Futbol
Bu gün, 12:25

Puxaç “Barselona” məğlubiyyəti barədə danışdı: “Bizə çox sərt davrandılar”

Futbol
Bu gün, 12:20

Çempionlar Liqasında ən zəif performansımız

Minifutbol
Bu gün, 12:20

Balogun Arsenal-dan Manchester United-ın əsas transfer hədəfi olur

Oxşar xəbərlər