top
Hakimi boğan Avezov peşman deyil: Azərbaycanlı boksçulara qarşı haqsızlıqlara dözməyəcəyəm Idman.biz
30 iyul 2025, 11:58
- ↺ +

Hakimi boğan Avezov peşman deyil: Azərbaycanlı boksçulara qarşı haqsızlıqlara dözməyəcəyəm

Artıq bir neçə gündür Serbiyanın Zlatibor şəhərində məktəblilər arasında keçirilən Avropa çempionatında Azərbaycan komandasının məşqçisi ilə makedoniyalı hakim arasında baş verən insidenti müzakirə olunur.

İdman.biz xəbər verir ki, azərbaycanlı boksçu Yusif Ağakişiyev serbiyalı rəqibi Viktor Maystroviçə qarşı final döyüşündə aşkar üstünlük nümayiş etdirib, qızıl medala çox yaxın olsa da, rinqdəki hakim Stefan Subalevski qələbəni bizim idmançıdan "oğurladı".

Boksçumuzun üstünlüyünün nokauta çevriləcəyini anlayan hakim, idmançıların dediyi kimi, Yusifi cəzalarla "boğmağa" başlayaraq layiq olduğu qələbədən məhrum etdi.

Buna cavab olaraq, Yusifin məşqçisi, federasiyamız tərəfindən Özbəkistandan dəvət olunmuş texniki direktor Xamza Avezov hakimə fiziki müdaxilə edib – qəzəblə onun üstünə atılaraq, az qala, onu boğacaqdı. Bu hadisə rinqdə kütləvi davaya səbəb olub ki, vəziyyəti sakitləşdirmək böyük çətinliklə mümkünləşib.

Nəticədə azərbaycanlı boksçu həm də gümüş medaldan məhrum edilib. Xamza Avezovun taleyi isə yaxın günlərdə Avropa və Azərbaycan Boks Federasiyaları tərəfindən müəyyən ediləcək.

Özbəkistanlı mütəxəssis Caliber.az saytının suallarını cavablandırıb:

- Xamza, zəhmət olmasa deyin, niyə belə etdiniz? Sadəcə döyüşdən sonra etiraz təqdim etmək olmazdımı?

- Birincisi, məktəblilər arasında keçirilən Avropa çempionatı kimi yarışlarda rəsmi etiraz proseduru, ümumiyyətlə, tətbiq olunmur. Bu da belə hakim özbaşınalığına yol açır. Bunu birinci dəfə deyil ki, görürəm.

İkincisi, ən ağrılısı odur ki, bu cür haqsızlıqlar ən çox azərbaycanlı boksçulara qarşı edilir. Yəni demək olar ki, hər yaş kateqoriyasında favorit olan bizim uşaqlara. Halbuki bu, yeniyetmələrin psixologiyasını məhv edir. Buna görə də özümü saxlaya bilmədim…

- Baş verənlərə görə peşman deyilsiniz? Həmin an nə düşünürdünüz? Axı sizə ömürlük diskvalifikasiya və ya azı bir neçə illik cəza verilə bilər...

- Yox, həmin an ağlıma heç bir cəza gəlmirdi! Mən yalnız bizim boksçunun vəziyyətini düşünürdüm. O hakim idmançının haqqını hər kəsin gözü qarşısında oğurladı, çox ağır psixoloji zərbə vurdu!

- Lakin son 30 ildə bizim boksçularımızdan bir çox qələbə alınsa da, heç bir məşqçi, o cümlədən legioner, belə bir addım atmayıb...

- Bilirsiniz, mən indiyə qədər nə olub-olmadığını deyə bilmərəm. Amma inanıram ki, bundan sonra nələrin baş verəcəyini hamı görəcək. Ümid edirəm ki, hakimlər artıq yüz ölçüb bir biçəcəklər, yəni azərbaycanlı boksçulara qarşı belə haqsızlıqlara yol verməyəcəklər. İstərdim ki, başa düşsünlər – bizim uşaqlarla belə davranmaq olmaz! Xüsusilə də bizim boksçular çox güclüdür və istənilən səviyyəli yarışlarda qalib gəlmək potensialına malikdir. Əminəm ki, bu hadisədən sonra hakimlər Azərbaycanla hesablaşmalı olacaqlar!

- Bəs indi sizi nə gözləyir?

- Bilmirəm. Yaşayarıq, görərik. Amma baş verənlərə görə peşman deyiləm və əminəm ki, işsiz qalmayacağam.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Oxşar xəbərlər