top
Tahir Abdullayev UFC-də ilk 15‑liyə meydan oxuyur Apasport.az
Bu gün, 15:42
- ↺ +

Tahir Abdullayev UFC-də ilk 15‑liyə meydan oxuyur

Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev UFC-də reytinqin ilk 15 pilləsində qərarlaşan idmançılarla qarşılaşmaq istəyir.

Apasport.az xəbər verir ki, 29 yaşlı döyüşçü onlayn mətbuat konfransında gələcək planlarından, Dohada qazandığı qələbədən və qarşılaşma öncəsi yaşadığı çətinliklərdən danışıb.

Abdullayev mart ayına qədər yenidən oktaqona çıxmaq niyyətində olduğunu bildirib:

"Növbəti rəqibimizi özümüz seçmirik. Yalnız döyüşün vaxtı ilə bağlı istəyimizi bildirə bilərik. Adətən qarşılaşmaya bir ay qalmış rəqibimiz haqqında məlumat alırıq. Mart ayına qədər daha bir döyüş keçirmək istəyirəm. Hədəfim reytinqin ilk 15-liyində yer alan idmançılarla qarşılaşmaqdır".

Azərbaycan təmsilçisi avstraliyalı Ceyk Metyuz üzərində qazandığı qələbəni də dəyərləndirib:

"Döyüş yaxşı keçdi. Hazırladığımız planı həyata keçirə bildik. Qarşılaşmanı ikinci raundda bitirmək istəyirdik, amma əsas məqsəd qalib gəlmək idi. Nəticədən və çıxışımdan razıyam. UFC-də döyüşmək uşaqlıqdan arzum olub".

O, döyüşə hazırlıq zamanı çəki salmaqda çətinlik çəkdiyini də gizlətməyib:

"Əvvəllər bəzi təşkilatlardan təkliflər almışdım, lakin qəbul etməmişdim. Bu dəfə çəki salmaq prosesi düşündüyümüzdən çətin keçdi. Müəyyən səhvlərimiz oldu. Çox əziyyət çəkdim və enerjimin böyük hissəsini çəki salmağa sərf etdim".

Abdullayev çəki limitinə düşə bilmədiyi üçün döyüş qonorarının 20 faizini itirdiyini də açıqlayıb.

Qeyd edək ki, Tahir Abdullayev Qətərin paytaxtı Dohada keçirilən UFC turnirində Ceyk Metyuzu hakimlərin yekdil qərarı ilə məğlub edib. Üç raund davam edən qarşılaşmadan qalib ayrılan idmançı UFC-də ikinci qələbəsini qazanıb.

O, dünyanın ən nüfuzlu MMA təşkilatında debütünü iyunda Bakıda keçirib. Həmin döyüşdə braziliyalı Cefferson Nasimentonu məğlub edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:00

AFFA İntizam Komitəsi gənclər klublarına 0:3-lük texniki məğlubiyyətlər qazandırdı

Futbol
Bu gün, 16:00

“Sabah” bu axşam Çempionlar Liqasında “Barselona”ya qarşı meydan çıxacaq - Ümid var?

Futbol
Bu gün, 15:50

AFFA U-17 Liqasında 8 futbolçuya və bir məşqçiyə cəza verildi

Futbol
Bu gün, 15:50

Zəfər AFFA U-14 Liqasından kənarlaşdırıldı – "Sabah"la oyuna üç dəfə çıxmaqdan imtina etdi

Futbol
Bu gün, 15:49

AFFA İntizam Komitəsi qərar verdi: Bəğirov və Hüseynova 3 oyunluq cəza

Digər
Bu gün, 15:46

Məhəmmədəli Osmanlı UFC-də Pavel Andruşka ilə dərdəşəcək: "İlk məğlubiyyətini məndən alacaq"

Futbol
Bu gün, 15:41

Elgün Əmiraslanov hakimi təhqir edərək 4 oyun cəza aldı

Futbol
Bu gün, 15:40

AFFA Sumqayıt komandasını və oyunçusunu cəzalandırdı

Digər
Bu gün, 15:40

Tahir Abdullayev UFC-də ardıcıl səkkizinci qələbəsini qazandı

Futbol
Bu gün, 15:40

Loreno Mezzotero İtaliya millisində çıxış edə bilər - "Sampdoriya" ilə yeni müqavilə imzaladı

Futbol
Bu gün, 15:30

"Qalatasaray"ın hücumçusu Dəniz Gülə Çempионlar Liqasında burnuna dəyən zədə üzündən uğurla əməliyyat edilib;

Futbol
Bu gün, 15:25

UFC döyüşçüsü Tahir Abdullayev: Messinin böyük azarkeşiyəm, amma Azərbaycanda olsaydım "Sabah"a dəstək verərdim

Futbol
Bu gün, 15:20

Alman mütəxəssislər "Səbail"in Qubadakı stadionuna baxış keçirdi

Futbol
Bu gün, 15:20

"Bavariya" Musialanın nevroloji simptomları haqqında rəsmi açıqlama yaydı

Digər
Bu gün, 15:18

Məhəmmədəli Osmanlı: "Karyeramın ən yaxşı formasındayam, Pavel Andruşka ilə qarşılaşacağam"

Digər
Bu gün, 15:14

Məhəmmədəli Osmanlı UFC-də kəmər qazana biləcəyinə əmin: "Növbəti rəqibim ilk məğlubiyyətini məndən alacaq"

Futbol
Bu gün, 15:11

AFFA

Qarabağ FK
Bu gün, 15:11

"Qarabağ" "Sumqayıt"la ev oyununda xanım azarkeşlərə pulsuz QR biletlər təqdim edir

Digər
Bu gün, 15:07

Kanada himnini səhv ifa edən müğənni xərçəngdən sonra yaddaşının zəiflədiyini bildirib

Futbol
Bu gün, 15:02

«Sabah»ın tibbi xidmət rəhbəri: «İspaniyanın yüksək divizionunda çıxış edən bir çox klub bizim infrastrukturumuza həsəd apara bilər»

Futbol
Bu gün, 14:53

Yuventus Kapitanı: Karyeramın ən çətin dövrlərindən birini yaşayıram

Futbol
Bu gün, 14:50

Ferrán Torres 7 milyon avroya ofis binası aldı

Qarabağ FK
Bu gün, 14:50

“Kəpəz” – “Qarabağ” qarşılaşması ilə bağlı videosüjet

Oxşar xəbərlər